Şair unudulmur
Aleksandr Puşkinin doğum
günü Bakıda qeyd olunub
İyunun 6-da böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü münasibətilə söz ustadının Bakıdakı abidəsi önündə mərasim keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və “Sodrujestvo” həmrəylik cəmiyyətinin sədri Tatyana Kərimova mərasimə toplaşanları salamlayaraq dahi şairin doğum gününün təkcə Rusiyada deyil, bəşəriyyətin tarixində əlamətdar günlər sırasına daxil olduğunu vurğulayıblar.
Tədbirdə “Nord” uşaq bağçasının yetirmələri, Bakının orta məktəb və gimnaziyalarının şagirdləri şeirlər oxuyub, şairin əsərləri əsasında səhnəciklər göstəriblər. Şairin “Mən sizi sevirdim” şeiri Eyvaz Borçalının tərcüməsində Azərbaycan dilində səslənib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Puşkinin Qafqaza həsr etdiyi “Dəlibaş” şeirini oxuyub.
Xalq
yazıçısı Anar çıxışında qeyd
edib ki, Azərbaycanda Puşkini sevir və onun
yaradıcılığını yaxşı bilirlər. Azərbaycan
şairlərinin bir neçə nəslinin nümayəndələri
onun şeirlərini ana dilimizə çeviriblər. “Literaturnıy
Azerbaydjan” jurnalının şöbə müdiri Alina
Talıbova xatırladıb ki, Azərbaycanda hər il
Puşkiniana, ədəbi müsabiqələr, rus dili
olimpiadaları keçirilir.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 4.