Türkdilli dövlətlərin poeziya festivalı

 

   Türkiyə Qırğızıstan yazıçılar ittifaqlarının təşəbbüsü ilə Bişkekdə türkdilli dövlətlərin 10-cu beynəlxalq poeziya festivalı keçirilib.

    Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan digər ölkələrin, həmçinin Rusiya Federasiyasının türkdilli subyektlərinin nümayəndələri iştirak ediblər. Bundan əvvəl belə poeziya bayramları Almatı, Aşqabad, Bakı, Bursa digər şəhərlərdə keçirilib.

   Festivalda Qırğızıstanın mədəniyyət naziri Sultan Raev, Qırğızıstan Yazıçılar İttifaqının sədri Çolpanbek Abıkeyev, Türkiyə Yazıçılar Birliyinin sədri İbrahim Ülvi Yavuz, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı başqaları çıxış edərək türkdilli dövlətlər arasında əlaqələrin daha da yaxınlaşmasında belə tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.

   Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı çıxışında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verib, ədəbiyyat mədəniyyətin türkdilli xalqların tarixi mədəniyyətindəki yeri haqqında söz açıb.

   Poeziya bayramı Bişkekdəki Beynəlxalq Qırğız-Türk “Manas” Universitetində və İssık-Kul sahilindəki Çolpon-Ata şəhərində olan Çingiz Aytmatov adına “Ruh Mərkəzi”ndə davam etdirilib. Şeir məclislərində Azərbaycan şairləri Əkbər Qoşalı, Mahir Qarayev və Elşən Əzim əsərlərini oxuyublar.

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 5.