Turizm təhsili sahəsində əməkdaşlıq
Rusiyanın Povoljye Dövlət Texnoloji
Universitetinin sosial texnologiyalar fakültəsinin dekanı V.Şalayev Azərbaycan Turizm
İnstitutunun rektoru Cəfər
Cəfərovla görüşüb. Söhbət zamanı tərəflər gələcəkdə
tələbə-müəllim heyətinin mübadiləsi,
birgə elmi konfransların təşkili,
elmi-tədqiqat işlərinin aparılması, təcrübə
imkanlarının müəyyənləşdirilməsi kimi istiqamətlərdə ikitərəfli əməkdaşlıq
barədə razılıq əldə ediblər. Qonaq turizm və hotelçilik, sosial iş ixtisasları üzrə kadr
hazırlığı ilə tanış olmaq
məqsədilə müvafiq kafedralarda müəllim heyəti ilə görüşüb.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 6.