“Dünyanı dəyişən
alimlər”
Milli Məclisin deputatı Qənirə Paşayevanın “Dünyanı dəyişən alimlər” silsiləsindən birinci kitabı işıq üzü görüb. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Nar Mobile”nin dəstəyi ilə “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çapdan çıxan kitab uşaqlara, yeniyetmə və gənclərə, ümumən elmlə, təhsillə maraqlanan bütün Azərbaycan oxucularına bir töhfədir.
Kitabın məsləhətçiləri professorlar Hamlet İsaxanlı və Qəzənfər Paşayev, redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseynovdur.
Nəşrdə
öz yenilikləri və ixtiraları ilə
dünyanı dəyişən, bəşər tarixində
silinməz iz qoymuş
alimlərin həyat hekayələri yer
alıb. Kitab müəllif tərəfindən
respublikanın aparıcı kitabxanalarına, böyük
elm, təhsil və mədəniyyət
müəssisələrinə, habelə Gənclər evlərinə,
böyük məktəblərin
kitabxanalarına hədiyyə olunacaq.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 12.