Arabaçının sənət hekayəti

 

   1880-ci ilin bir yaz gecəsi buludlar arxasından boylanan ay qaranlıq yollara sanki işıq tutur. Sükut içində dolanbac yolla dördatlı araba yavaş-yavaş üzüyuxarı irəliləyir. Yalnız atların fınxırtısı hərdən sakitliyi pozur. Arabadakı iki nəfər şirin yuxuda idi. Hacı Hüsü və Mirzə Sadıqcan toy məclisindən qayıdırdılar. Qəlbini tənhalıq hissi bürüyən arabaçı isə həzin-həzin zümzümə edir. O, bir anlıq özünü unudur və “Segah” oxuyur. Məlahətli səs hər iki sənətkarı yuxudan oyadır. Arabaçı “Segah”ı başa vurar-vurmaz arxadan səs gəlir:

  

   - Sağ ol, Malıbəyli balası, çox yaxşı oxuyursan!

   Bir azdan araba “Xanlıq Muxtarın karvansarası”nın qarşısında dayanır. Arabadan düşəndə Sadıqcan cavan arabaçını nahara dəvət edir. Günortadan bir qədər keçmiş Sadıqcanın evində gözəl bir məclis qurulur. İşıqlı və rahat qonaq salonunda bir canlanma yaranır. Adlı-sanlı musiqiçilər, xanəndələr təşrif gətirir. Məşədi İsi, Hacı Hüsü, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), Cabbar Qaryağdıoğlu burada idi. Bir qədər sonra gənc arabaçı da gəlib çıxır. Sadıqcan arabaçını mehribanlıqla qəbul edir. Nahardan sonra süfrəyə pürrəng çay gəlir. Bu zaman Sadıqcan “sehrli tar”ını sinəsinə sıxıb məclisdə əyləşən xanəndələri bir-bir oxudur. Hacı Hüsünün gözəl səsi, Əbdülbaqinin coşqun və sürəkli zəngulələri, Sadıqcanın əzəmətli çalğısı qonağı heyrətləndirir. Məşhur xanəndələr oxuduqdan sonra Sadıqcan üzünü arabaçı gəncə tutur və deyir:

   - Oğlum, növbə sənindir. Məclisdəkilərə bir şey oxu. Bu sözləri eşidən gənc özünü itirir. O, usta xanəndələrin yanında oxumağı ağlına belə gətirmirdi... Bir anlıq qəlbindən keçirir, necə oxuyum? Məgər, bu asandır? Sadıqcan onun çəkindiyini hiss edib mehribanlıqla deyir:

   - Hamımız sənin səsinə qulaq asmaq istəyirik. Çəkinmə, oxu!

   Sadıqcanın sözləri gənci ürəkləndirir. O, “Segah”dan başqa bir şey bilmədiyini deyir. Sadıqcan tarıSegahüstündə kökləyir. Arabaçı gəncin oxuduğuSegahməclisdəkilərə xoş gəlir.

   Məşədi İsi deyir:

   - Bala, sən gəl, bu arabaçılığı birdəfəlik burax. Xanəndəliyi özünə peşə seç! Gözəl səsin var, Şuşaya gəl, bizimXanəndələr məclisi”ndə muğamat dərsi al.

   Sadıqcan Məşədi İsinin xanəndəliyə təhrik etdiyi bu gənc Malıbəyli Həmid idi...

   Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşanın Malıbəyli kəndində anadan olub. O vaxtlar Malıbəyli Qarabağın ən səfalı böyük kəndlərindən biri idi. Camaatının bir hissəsi arabaçılıqla məşğul idi. Həmidin babası atası da arabaçı olublar. Gənc Həmid atası kimi Yevlax-Şuşa arasında tacirlərin mallarını daşımaqla dolanıb. Lakin bir xoş təsadüf onu bu ağır peşədən xilas edir...

   Malıbəyli Həmid Sadıqcanın evindəki qonaqlıqdan sonra Hacı Hüsünün təşkil etdiyiXanəndələr məclisi”nə qəbul olur. Burada məşhur sənətkarlardan, xüsusilə Hacı Hüsü Məşədi İsidən Şərq Azərbaycan muğamlarını öyrənir. Çox incə, məlahətli səsi olan Həmid xanəndəlik sənətinə yiyələnməklə yanaşı, tar çalmağı da öyrənir. Onun ilk tar müəllimi Sadıqcan olur. Həmid şəhərdə bir xanəndə kimi çox tez tanınır. İlk dəfə Nəcəfqulu ağanın məclisində Hacı Hüsü, Məşədi İsi Sadıqcanla birlikdə çıxış edir.

   Xan Şuşinski deyirmiş: “Atam mənə danışardı ki, Nəcəfqulu ağanın qonaqlığında Həmid elə birRastoxudu ki, hamı heyran qaldı. Həmin məclisdə Hacı Hüsü bildirdi ki, gələcəyin oxuyanı bu - Malıbəyli balası olacaq”.

   Bu çıxışından sonra o tez-tez xalq şənliklərinə dəvət edilir. Bir çox illər toy şənliklərində xalq məclislərində görkəmli tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirov Qurban Pirimov ilə çalıb oxuyur.

   Çox keçmir, Malıbəyli Həmid bütün Qarabağda usta xanəndə, eyni zamanda gözəl tarzən istedadlı aktyor kimi tanınır. Araşdırmalarda göstərilir ki, Üzeyir HacıbəylininLeyli Məcnun”, Məşədi Cəmil ƏmirovunSeyfəl-Mülük” opera tamaşalarının afişalarında onun adına tez-tez təsadüf edilir. Bu operalarda bacarıqlı aktyor kimi çıxış edir rəğbətlə qarşılanır. O, çox vaxt məclislərdə özü tarda ifa edib, özü oxuyub. Görkəmli müğənni Seyid Şuşinski xatirələrinin birində bu barədə yazır: “Mən Həmid ilə üç dəfə məclisdə çıxış etmişəm. Onun çalğısına söz yox idi. Həmiddə gözəl xallar, guşələr çox şirin barmaqlar vardı. O, xanəndəni elə ustalıqla müşayiət edirdi ki, müğənni onun çalğısından həzz alırdı”.

   O, bütün muğamları tarda ustalıqla ifa etsə , əslində məclis xanəndəsi olub. Onun zövqlə oxuduğuRastSegahxanəndəyə xüsusilə şöhrət gətirmişdi. O, “Segah”ı bir neçə variantda oxuyub, “Yetim Segah”ı Orta Segahıdaha gözəl, özünəməxsus şəkildə ifa edib. Belə deyirlər ki, HəmidOrta Segahoxuyanda dəstgahı tarın sarı simindəMüxalifhissəsindən başlayır, bir qədər gəzişdikdən sonra muğamınHasarşöbəsinə keçirdi. O, “Hasarüstündə elə nəfəslər, zərif xallar, həzin guşələr vurardı ki, hamı onu məftunluqla dinlərdi...

   Mütəxəssislər bildirirlər ki, HəmidinMüxalif”dənHasar”a keçidiSegahmuğamına gətirdiyi yenilik olub. Buna xanəndələr arasındaHəmid Segah”ı deyiblər.

   Ötən əsrin əvvəllərində o, ailəsi ilə Gəncə şəhərinə köçür. Burada Məşədi Cəmil Əmirovla yaxından tanış olur. Onlar uzun müddət əməkdaşlıq edirlər. Məşədi Cəmil tar çalmaqda Həmidin ən yaxşı müşayiətçisi olur. Maraqlıdır ki, Məşədi Cəmilin yaxşı oxumağı olub Malıbəyli Həmid onu tarda müşayiət edib. Hər iki istedadlı sənətkar Gəncə, Şəmkir, Qazax Tiflis şəhərlərində ətraf rayonlarda toy məclislərdə tez-tez çıxış edirlər. Xanəndə kimi şöhrət tapan Malıbəyli Həmid dəfələrlə İranın Rəşt, Ənzəli şəhərlərinə dəvət olunub.

   1910-cu ildə Malıbəyli HəmidQrammofonşirkətinin dəvəti ilə Riqa şəhərinə gedib. “Şur”, “Rast”, “Yetim Segah”, “Humayunmuğamlarını bir neçə təsnifi vala yazdırıb. Bir neçə il sonra yaradıcılığının ən coşqun çağlarında onun səsi qəflətən batır. Lakin o, ruhdan düşmür. Tar çalmaq sənəti ilə daha ciddi məşğul olur. Qarabağ məclislərində, Gəncə toylarında Tiflis şəhərində verilən konsertlərdə Keçəçioğlu Məhəmmədi, Zabul Qasımı, Musa Şuşinskini, İslam Abdullayevi, Məşədi Məmməd Fərzəliyevi, Məmmədqulu Şuşinskini Bülbülü tarda müşayiət edir. Xalq arasındaGözəl tarzənadını da ləyaqətlə yaşadır. Ömrünün 40 ilini milli musiqi mədəniyyətimizin inkişafına həsr edən Malıbəyli Həmid 1922-ci il martın 22-də Ağdamda vəfat edib.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 1 mart.- S. 15.