Arazın o tayındakı yurd yerimiz

 

   Jurnalist-etnoqraf Ənvər ÇingizoğlununSərab xanlığıadlı yeni kitabı çapdan çıxıb. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Əli Məmmədov, redaktoru tarix üzrə fəlsəfə doktoru Mahal Qacar, rəyçilər tarix elmlər doktorları Mais Əmrahov, Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktorları Gültəkin Nəcəfli Bəhram Məmmədlidir. Kitab görkəmli alim, Əməkdar elm xadimi, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin xatirəsinə ithaf olunub.

   Kitabın giriş hissəsində müəllif təəssüflə bildirir ki, Azərbaycanın cənub xanlıqları arasında özünün siyasi ictimai-iqtisadi tarixinə görə müstəsnalıq təşkil edən Sərab xanlığı bu günə qədər tarixi ədəbiyyatda lazımınca əksini tapmayıb, tədqiq olunmayıb. Yeni nəşr tariximizin bu səhifələrinin işıqlandırılmasına mühüm töhfədir.

   Kitabın yazılmasında XIX yüzilliyin ikinci yarısında rus mütəxəssisləri S.Korsun, V.N.Leviatov İ.P.Petruşevskinin qələmə aldığı materiallardan, eləcə fars, ərəb, Avropa müəlliflərinin mənbə-qaynaq hesab edilən yol qeydləri, xatirələr, coğrafi-tarixi əsərlərindən s. istifadə olunub. Nəşr Azərbaycan tarixşünaslığında Sərab xanlığı haqqında ilk ciddi elmi tədqiqat işi sayıla bilər.

   Sərab xanlığı Quba, Gilan Lənkəran xanlıqları arasında fasiləsiz olaraq müharibə meydanına çevrilib. 1797-ci ildən etibarən öz siyasi müstəqilliyini itirib. Qacarların hakimiyyəti altına keçir ölkənin ucqar əyalətlərindən birinə çevrilir.

   Kitabda daha sonra Sərab xanlığının yaranması, tarixi coğrafiyası, dövlət sərhədləri, əhalisinin milli sosial tərkibi öz əksini tapıb. Eyni zamanda Osmanlı Türkiyəsi Rusiya ilə əlaqələri şərh edilib.

  

 

   S.Fərəcov

 

  Mədəniyyət.- 2013.- 1 mart. S. 15.