“Uşaqlar və müharibə”
Moskvada Bakının uşaq evlərinin gənc rəssamları
ilə görüş
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə Bakının Nizami rayonundakı 1, Suraxanı
rayonundakı 2 və Xətai rayonundakı 3 nömrəli
uşaq evlərində tərbiyə alan, Fondun keçirdiyi
“Uşaqlar və müharibə” rəsm sərgisində
iştirak etmiş 10 nəfər Moskvaya dəvət olunub.
Fevralın 27-də ölkəmizin
Rusiyadakı səfirliyində gənc rəssamların Moskvada
yaşayan Azərbaycan ziyalıları ilə
görüşü keçirilib.
Səfir Polad Bülbüloğlu,
“Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri,
professor Tofiq Məlikli, Rusiyanın Xalq rəssamı Əsgər
Məmmədov, Moskva Linqvistika Universiteti nəzdindəki Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri,
professor Bella Musayeva gənc rəssamlara doğma Azərbaycanımızı
sevməyi, onun müstəqilliyi və azadlığı
uğrunda mübarizəyə daim hazır olmağı, mədəniyyətimizi
daha da zənginləşdirmək üçün rəssamlıq
bacarıqlarını artırmağı tövsiyə ediblər.
Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin tələbələri
Azərbaycan dilində şeirlər söyləyiblər.
Sonda balaca rəssamlar səfirliyə
öz rəsmlərini hədiyyə ediblər.
Mədəniyyət.-
2013.- 1 mart.- S. 7.