Tariximizin unudulmayan səhifəsi
Fevralın 26-da Azərbaycan
Bəstəkarlar İttifaqında (ABİ) Xocalı
soyqırımının 21-ci ildönümü
ilə bağlı tədbir keçirilib.
İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
tədbirdə çıxış edərək Azərbaycan
xalqının Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli
anlarını yaşadığını diqqətə
çatdırıb.
Bildirib ki, həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyil. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Xocalı bizim tariximizin unudulmayan qanlı səhifəsidir.
Qeyd edilib ki, Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışıblar: “Onlar Xocalı mövzusunda müxtəlif janrlarda əsərlər yaratmışlar. Bunlardan Məmməd Quliyevin “Simfoniya-Rekviyem”, Azər Rzayevin “Bakı-90” əsərlərini xüsusi qeyd etmək istərdim”.
F.Əlizadə Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən düzgün hüquqi-siyasi qiymət veriləcəyinə və ədalətin bərqərar olacağına əminliyini bildirib.
Mərasimdə
ABİ-nin katibi, Əməkdar
incəsənət xadimi, professor
Zemfira Qafarovanın “Azərbaycan musiqisində
Xocalı səhifələri” mövzusunda
məruzəsi dinlənilib. F.Şopenin
“Matəm marşı”nın, Məmməd Quliyevin
“Simfoniya-Rekviyem”inin
videoyazısı, beynəlxalq müsabiqə laureatı
Ümidə Abbasovanın ifasında (violin)
C.Villiamsın “Şindlerin siyahısı”
filmindən musiqilər səsləndirilib.
Mədəniyyət.-
2013.- 1 mart.- S. 7.