Soyqırımı
qurbanlarının uyuduğu torpaq Çanaqqala muzeyində
Ermənilərin XX əsrin əvvəllərində Azərbaycanda soyqırımları törətmələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması yönündə daha bir addım atılıb. Bundan sonra Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində Azərbaycan torpağı da nümayiş etdiriləcək. Muzeyə göndərilən torpaq 1918-ci ildə erməni daşnak qüvvələrinin xalqımıza qarşı törətdiyi soyqırımının acı nümunəsi olan Quba kütləvi məzarlığından götürülüb.
Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində dünyanın müxtəlif yerlərindəki şəhid məzarlıqlarından götürülmüş torpaq nümunələri saxlanılır. Torpaq nümunəsi ilə yanaşı, muzeyə ötən əsrin əvvəllərində Azərbaycanın şimalında baş verən soyqırımı ilə bağlı ətraflı məlumat da göndərilib. Bunun sayəsində hər il muzeyə gələn minlərlə ziyarətçi həmin guşəni seyr edərkən ermənilərin başımıza gətirdikləri faciələr barədə ətraflı informasiya ala biləcəklər.
2004-cü ildən fəaliyyət göstərən Çanaqqala Tarix Muzeyində müqəddəs torpaqlar guşəsi ziyarətçilərin ən çox diqqətini çəkən hissələrdəndir.
Quba məzarlığı 2007-ci ilin
aprelində aşkarlanıb. Məzarlıqdan əksəriyyəti uşaq,
qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri
tapılıb. Azərbaycan Milli
Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan
tədqiqatlar nəticəsində
məlum olub ki, məzarlıqda kütləvi şəkildə
basdırılanlar ötən
əsrin əvvəllərində
erməni silahlıları
tərəfindən vəhşicəsinə
öldürülən yerli
sakinlərdir.
Mədəniyyət.- 2013.- 1 mart.- S. 7.