Mədəniyyətimizə dövlət qayğısı

 

   Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələr kimi, mədəniyyət sahəsi də mühüm inkişaf yolu keçmişdir. Dövlətimiz mədəni irsin qorunmasına mühüm önəm verir.

  

   Bu sahəyə dövlət qayğısı müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında, habelə “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatrteatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Nəşriyyat işi haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və digər qanunlarda öz əksini tapmışdır.

   Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mədəniyyət haqqında” yeni qanunu imzalamışdır. Bu, ölkəmizdə mədəni irsə dövlət səviyyəsində göstərilən qayğının əyani ifadəsidir. Zaman dəyişdikcə tələbat da dəyişir, bu halda istər-istəməz mövcud qanunların yenidən işlənməsinə ehtiyac yaranır. Azərbaycanda bu gün mədəniyyətin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Bu baxımdan “Mədəniyyət haqqında” yeni qanunun qəbul edilməsi böyük əhəmiyyət kəsb edir.

   Belə hesab edirik ki, bu sənəd mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadisosial təminatları müəyyən edərək, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri yüksək səviyyədə tənzimləyəcək.

   Qanun beynəlxalq miqyasda Azərbaycan xalqının milli-mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq, şəxslərin bilik və bacarıqlarının, təcrübə və nailiyyətlərinin beynəlxalq səviyyədə mübadiləsinin stimullaşdırılmasına imkan verəcəkdir. Eyni zamanda milli mədəniyyətimizin qorunması, inkişafı və təşviqi, istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi, milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılmasında mühüm rol oynayacaqdır.

   “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bütün mədəniyyət işçiləri, o cümlədən muzey işçiləri qarşısında böyük vəzifələr qoymuşdur. Biz Azərbaycan Respublikası Prezidentinin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə göstərdiyi bu qayğıya öz əməli işimizlə cavab verəcək, mədəni irsimizin qorunması, inkişaf etdirilməsi və təbliği yolunda daha əzmlə çalışacağıq.

  

 

   Röya Tağıyeva,

   Lətif Kərimov adına Azərbaycan

   Xalçası və Xalq Tətbiqi Sənəti

   Dövlət Muzeyinin direktoru

 

   Mədəniyyət.- 2013.- 1 mart.- S. 6.