Vyanada BMT-nin Sivilizasiyalar Alyansının Dünya Forumu

 

   Xəbər verdiyimiz kimi, fevralın 27-də Avstriyanın paytaxtı Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu öz işinə başlayıb.

  

   Hofburq sarayında keçirilən forumun işində dünyanın müxtəlif ölkələrindən mindən artıq nümayəndə iştirak edir, o cümlədən tədbirə BMT-nin Baş katibi Ban Ki Mun, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avstriya Prezidenti Haynz Fişer, UNESCO-nun Baş direktoru İrina Bokova, digər ölkə beynəlxalq qurumların rəhbər şəxsləri qatılıb. Builki forum “Müxtəliflik dialoq şəraitində məsuliyyətli liderlikdevizi altında keçirilir.

   Tədbirdə Azərbaycanı mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Heyətə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, gənclər idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin şöbə müdiri Emil Həsənov, Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov səfirliyin əməkdaşları daxildir.

   BMT-nin Sivilizasiyalar Alyansı 2005-ci ildə BMT Baş katibinin himayədarlığı ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İspaniyanın baş naziri Xose Luis Zapatero tərəfindən irəli sürülən təşəbbüs (“Mədəniyyətlər İttifaqı”) əsasında təsis olunub əsas məqsədi əməkdaşlıq dialoq vasitəsilə qütbləşmə ekstremizmə qarşı mübarizə aparmaqdır. Hazırda dünyanın 100-dən çox ölkəsi bu təşəbbüsə qoşulub.

   İndiyədək alyansın Dünya Forumu Madrid (2008), İstanbul (2009), Rio-de Janeyro (2010) Doha (2011) şəhərlərində keçirilib.

   Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti nazirlər görüşündə, tərəfdaşlar assambleyasında Qara dəniz, Cənubi Qafqaz Mərkəzi Asiya üzrə regional sessiyada iştirak edib, müxtəlif görüşlər keçirib.

   Görüşlərdə BMT-nin Sivilizasiyalar Alyansının 2013-cü il 29 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı kimi təşkil edəcəyi beynəlxalq tədbirlər layihələr barədə fikir mübadiləsi aparılıb. UNESCO-nun Baş direktoru İrina Bokova ilə görüşdə qurumun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin cari ilin 2-8 dekabr tarixində Bakıda keçiriləcək növbəti sessiyası ilə bağlı məsələlər müzakirə olunub.

   Dünya Forumu fevralın 28-də işini başa vurub.

 

 

   Mədəniyyət.- 2013.- 1 mart.- S. 3.