III Beynəlxalq Muğam Festivalına hazırlıq gedir

 

   Beynəlxalq elmi simpoziumda ölkəmizdən 10 alimin məruzəsi təqdim olunacaq

  

   Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalına hazırlıq davam edir. Azərbaycan Bəstəkarlar İttifaqından verilən məlumata görə, festivalın zəngin proqramı var. 2009 2011-ci illərdə I II beynəlxalq muğam festivallarında qazanılan təcrübə bu tədbirin üçüncü dəfə böyük uğurla baş tutacağına əminlik yaradır.

  

   Budəfəki festivalda bütün konsertlər muğam dəstgahları ilə açılacaq. Hər xanəndə öz tələbəsi ilə çıxış edəcək. Bundan başqa, ustad xanəndələr gənc muğam ifaçıları 7 əsas muğamımızın müəyyən hissələrini bir ifada birləşdirib təqdim edəcəklər.

   «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq əsas tədbirdən biri beynəlxalq elmi simpoziumdur. "Azərbaycan muğamlarında Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda simpoziumda elmi çıxışların istiqaməti milli alətlərin problemlərinə həsr edilib. Bəstəkarlar İttifaqında keçirilən konfranslarda ölkəmizi simpoziumda təmsil edəcək məruzə müəllifləri müəyyən edilib.

   Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin «Azərbaycan muğam rənglərinin dramaturji əhəmiyyəti ifaçılıq məsələləri», AMEA-nın Memarlıq İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sürəyya Ağayevanın «Çəğanə kamança. Tarix müasir dövrdə», Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovanın «Müasir dövrdə Azərbaycanda virtuoz tar ifaçılığı», Mədəniyyət İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İradə Köçərlinin «Azərbaycan tarının yaranmasında aşıq sazının tarixi rolu haqqında», Milli Konservatoriyanın laboratoriya müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Abbasqulu Nəcəfzadənin «Muğam ifaçılığında nəfəs çalğı alətlərinin rəngarəngliyi» mövzusunda məruzələri dinləniləcək.

   Bundan əlavə, AMEA-nın Memarlıq İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın «Azərbaycan muğam dəstgahı Şərq musiqi alətlərinin müqayisəli öyrənilməsi üçün konseptual əsas», sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın «Azərbaycan instrumental muğam ifaçılığı - ənənələrin varisliyi kontekstində», Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın «Milli musiqi alətləri: mətnlərin ikonoqrafiyanın düzgün şərhi problemi haqqında», Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarovun «Azərbaycan nəfəs musiqi aləti ney: tarixi retrospektiv mərasimlərdə tətbiqi», Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın «Azərbaycan muğam ifaçılıq sənətində qanun aləti» mövzusundakı məruzələri simpoziumun proqramına salınıb.

   Qeyd edək ki, simpoziumda Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiya mütəxəssislərinin, o cümlədən Şərq musiqi elminin görkəmli alimləri fransalı Jan Dürinq, almaniyalı Yurgen Elsnerin iştirakı gözlənilir.

 

 

    Mədəniyyət.- 2013.- 1 mart.- S. 3.