“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqı tərəfindən
2013-cü il 9-19 mart tarixində Bakıda
\"Muğam aləmi\"
adlı III Beynəlxalq
Muğam Festivalı keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin sərəncamı ilə
\"Muğam aləmi\"
III Beynəlxalq Muğam
Festivalının keçirilməsinə
dair Tədbirlər Planı təsdiq edilib. Festival çərçivəsində
həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində
Azərbaycanın və
xarici musiqiçilərin
iştirakı ilə
konsertlərin keçirilməsi,
beynəlxalq muğam müsabiqəsinin (15-18 mart), beynəlxalq
elmi simpoziumun (12-15
mart) və ustad dərslərinin təşkili
nəzərdə tutulub.
Festivalda iştirak etmək üçün Türkiyə,
İran, İraq, Özbəkistan, Tacikistan,
Qazaxıstan, ABŞ, Fransa,
Kanada, İngiltərə,
Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan,
Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli
musiqiçilər və
qruplar, o cümlədən
\"Gözəl qızlar\"
qrupu (Çin), Hüseyn Əl-Ədhəmi
(İraq), Lotvi Buşnak (Tunis), Munojat Yolçiyeva (Özbəkistan),
Abdessalam Bajedub və \"Chabab Al Andalouss\" qrupu (Mərakeş), \"Turasu
Libya Makam\" (Liviya),
Cefri Verbok (ABŞ), Ozodaxon Aşurova (Tacikistan), Meta Pandit (Hindistan), \"Anadolunun səsləri\" ansamblı
(Türkiyə), Xoakin
Kortes və \"Flamenko\" ansamblı (İspaniya) dəvət olunub.
Keçiriləcək
konsertlərdə xarici
musiqiçilərlə yanaşı,
Azərbaycanın görkəmli
muğam ustaları Arif Babayev, Alim
Qasımov, Mənsum İbrahimov, Aygün Bayramova, Mələkxanım
Əyyubova, Zabit Nəbizadə, Simarə İmanova, Nəzakət Teymurova, Nuriyyə Hüseynova, Gülyaz Məmmədova, Fərqanə
Qasımova, Vüsalə
Musayeva, Təyyar Bayramov və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Rəvanə
Ərəbova, Səbinə
Ərəbli, Kamilə
Nəbiyeva, Mirələm
Mirələmov və
başqaları çıxış
edəcəklər.
Eyni zamanda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, Dövlət
Mahnı və Rəqs Ansamblının, Dövlət Xor Kapellasının çıxışları
nəzərdə tutulub.
İlk dəfə olaraq Qara Qarayev
adına Dövlət Kamera Orkestrinin, Xor Kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin
\"Leyli və Məcnun\" operasının
konsert ifası tamaşaçılara təqdim
olunacaq.
Festival günlərində Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının səhnəsində
Üzeyir Hacıbəylinin
\"Leyli və Məcnun\", \"Əsli
və Kərəm\",
Qara Qarayevin \"Yeddi gözəl\", Fikrət Əmirovun
\"Min bir gecə\"
əsərləri qonaqlara
təqdim olunacaq.
Musiqi bayramı çərçivəsində
Bakı Caz Mərkəzində tanınmış
caz ifaçıları
- Cəmil Əmirovun,
Salman Qəmbərovun,
Elçin Şirinovun,
Etibar Əsədlinin,
Əfqan Rəsulun rəhbərliyi ilə caz kollektivlərinin konsertləri keçiriləcək.
Mədəniyyət.-
2013.- 6 mart.- S. 2.