Dünyanı mədəniyyət xilas edəcək

 

   Fuad Məmmədov: “İntellekt mədəniyyətin əsasıdır, dünyanı intellekt idarə edir”

  

   “Kadrların hazırlanmasında, düzgün qərarların qəbulunda, idarəetmədə, tarazlı siyasətin aparılmasında kulturologiyanın çox böyük əhəmiyyəti var. Fikir verin, cəmiyyətdə, insanlar arasında nə qədər münaqişələr var. Bunların hamısını yavaş-yavaş aradan qaldırmaq üçün mədəniyyətin səviyyəsini artırmaq, mentaliteti, təfəkkürü, niyyəti, davranışı təkmilləşdirmək lazımdır. Niyyəti dəyişmək üçün mütləq kulturoloji təfəkkür inkişaf eləməlidir”

  

   Müsahibimiz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovdur.

  

   - Fuad müəllim, iki il əvvəl Bakıda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu il Azərbaycan növbəti dəfə mədəniyyətlərarası dialoqa ev sahibliyi etməyə hazırlaşır. İstərdim, söhbətimizə buradan başlayaq...

   - 2011-ci ilin aprelində Bakı I Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi olduqca böyük hadisə idi. Prezident İlham Əliyevin himayəsi altında gerçəkləşən bu forum ölkəmizin beynəlxalq nüfuzuna mühüm töhfə olmaqla yanaşı, Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi. Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası olaraq paytaxtımızın belə mötəbər tədbirə ev sahibliyi etməsini sevinclə qarşıladıq və mayın sonunda keçiriləcək II Bakı Forumunu səbirsizliklə gözləyirik. İnanıram ki, forum uğurla keçəcək və hər bir belə addım Azərbaycan üçün bir qazancdır. Çünki bu forumda müəyyən ölkələrin nümayəndələri - alimlər, siyasətçilər iştirak edirlər. Onlar xalqımızla daha yaxından tanış olmaq imkanı qazanırlar, ölkəmizin sürətlə inkişaf etdiyinin şahidi olurlar.

   Hesab edirəm ki, Azərbaycan üçün bu forumu keçirmək çox düzgün addım idi. Mən tələbələrimə həmişə izah edirəm ki, milli inkişaf üçün beynəlxalq münasibətlərin düzgün qurulması vacib şərtdir. Milli inkişafımız üçün başqa ölkələrlə dostluq, əməkdaşlıq münasibəti qurmalı, əlverişli şəraitə nail olmalıyıq. Belə olduqda, ölkə daxilində rəqabətə davamlı iqtisadiyyatı da, sosial-mədəni tərəqqini də təmin edə bilərik. Bu baxımdan beynəlxalq münasibətlərin düzgün, tarazlı, ahəngdar qurulması vacibdir. Bu gün dövlətimiz, ilk növbədə cənab Prezident bu sahədə çox böyük işlər görürbiz hamımız bu işlərə töhfəmizi verməliyik. Mədəniyyətlərarası dialoq forumu bu baxımdan çox vacibdir. Məsələ ondadır ki, mədəniyyətlər və sivilizasiyalar arası dialoq neçə illərdir ki, BMT-nin, UNESCO-nun himayəsi altında bir çox ölkələrdə keçirilir. Buna baxmayaraq, təəssüf ki, müharibələr, münaqişələr davam edir. Bizim bir təklifimiz var.

    Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası hesab edir ki, “Homo sapiens”dən, yəni “ağıllı insandan - “Homo culturales”ə, yəni “mədəni insanakeçidi təmin edən innovativ kulturoloji proqramın məhz Azərbaycanda hazırlanıb tətbiq olunması ölkəmizin dünya miqyasında nüfuzunu daha da artırar. Belə bir kulturoloji proqramın hazırlanmasında biz də təşkilat olaraq iştirak edə bilərik. Hesab edirəm ki, bu təklif həyata keçirilsəydi, Azərbaycan bu innovativ mədəni təşəbbüsün müəllifi kimi beynəlxalq məkanda daha bir uğur qazanmış olardı.

  

   Elm kainat qədər sonsuzdur

  

   Yüksək mədəniyyətli insanların yetişməsinə baxmayaraq müasir texnogen sivilizasiya özüo qədər yaxşı sivilizasiya deyil. Çünki dağıdıcı proseslər burda çoxdur. Dağıdıcı proseslərin qarşısını almaqdan ötrü mütləq ruhi, yəni əqli və mənəvi mədəniyyəti yüksəltmək, inkişaf etdirmək lazımdır. Bu baxımdan biz hesab edirik ki, ağıllı insandan bilik, bacarıq, mütəşəkkilik, mənəviyyat, yaradıcı fəaliyyəti özündə birləşdirən mədəni insana keçmək lazımdır. Bu gün ölkəmizin qarşısında duran strateji məsələlərdən biri, dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycanda insan kapitalının inkişafıdır. Söhbət ondan gedir ki, neft ehtiyatları gec-tez tükənəcək, amma insanonun intellekti sonsuzdur. Nizami deyirdi ki, elm kainat qədər sonsuzdur. Bu, tükənməyən kapitaldır. Biz əsas investisiyanı insana qoymalıyıq.

   İndi ölkəmizdə bu sahədə uğurlu siyasət aparılır. Beş mindən artıq istedadlı gəncimiz xaricdə təhsil alır. Bu, çox gözəldir, biz gərək ölkə daxilində sosial-mədəni tərəqqiyə nail olub yüksək mədəniyyət sahiblərinin sayını, keyfiyyətini artıraq. Bunun üçün mütləq yeni səviyyədə kulturologiyanın inkişafına dövlət qayğısı lazımdır. Kulturologiya akademiyası, kulturologiya tədqiqat institutu, Bakıda və rayonlarda kulturologiya mərkəzləri açılmalıdır. Kadrların hazırlanmasında, düzgün qərarların qəbulunda, idarəetmədə, tarazlı siyasətin aparılmasında kulturologiyanın çox böyük strateji əhəmiyyəti var. Fikir verin, cəmiyyətdə, insanlar arasında nə qədər münaqişələr var. Bunların hamısını yavaş-yavaş aradan qaldırmaq üçün mədəniyyətin səviyyəsini artırmaq, mentaliteti, təfəkkürü, niyyəti, davranışı təkmilləşdirmək lazımdır. Niyyəti dəyişmək üçün mütləq kulturoloji təfəkkür inkişaf eləməlidir, insan düzgün düşünməli, öz xoşbəxtliyini başa düşməlidir. Şərin hesabına yox, öz ağlının, öz qabiliyyətinin hesabına özünə inanmalıdır. Azərbaycan xalqının çox gözəl milli-mədəni dəyərləri var. Biz gərək onu qoruyub saxlayaq, itirməyək. Çünki bütün dünyada çox şeylər itirilir, tapdalanır.

  

   “Əsl kapital insanın intellektidir

  

   - Qloballaşan dünyada xalqların milli-mənəvi dəyərlərini təhlükə gözləmirmi? Xalqlar başqa mədəniyyətlərdən bəhrələnə bilər, yaxşı cəhətləri götürə bilər, ancaq elə cəhətlər var ki, bizə uyğun deyil...

   - Çox vacib məsələyə toxundunuz. Amma bir məsələni burada, xahiş edirəm, nəzərə alın. Bizim zəngin milli-mənəvi dəyərlərimiz var. Bəli, bu dəyərlər çox vacibdir, amma bu, kulturoloji baxımdan, problemin yalnız bir tərəfidir. Bununla yanaşı intellektual mədəniyyət sahibi olmaq lazımdır. Biz ona ailə, məktəb səviyyəsində lazımi fikir vermirik. İntellekt mədəniyyətin əsasıdır. Dünyanı intellekt idarə edir. İntellektual mədəniyyətimiz sürətlə, qabaqlayıcı tərzdə inkişaf etməsə, xalq kimi zəif olacağıq. Tutaq ki, mənəvi dəyərlərimizi saxladıq, sonra? Afrikada milli-mənəvi dəyərlərini qoruyub saxlayan nə qədər qəbilələr var. Onlar dəyərlərini toxunulmaz saxladıqca inkişaf etməyib, o səviyyədə qalırlar. Bu gün bizim inkişafımıza kömək eləyən, təkan verən neftdir. Şükür Allaha, bu, tarixi bir amildir. Neft tükənən sərvətdir, əsl kapital insanın intellektidir. Məhz buna görə cənab Prezident öz çıxışlarında insan kapitalını inkişaf etdirməyin vacibliyini xüsusi qeyd edir.

  

   “...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət

  

   - Rəhbərlik etdiyinizSimurqAzərbaycan Mədəniyyət Assosiasiyası artıq 23 ildir ki, fəaliyyət göstərir. Bu illəri özünüz üçün necə dəyərləndirirsiniz?

   - “SimurqAssosiasiyası mənim həyatımın bir hissəsidir. Bu təşkilat 1990-cı ilin aprelində ən xoş milli niyyətlərlə yaranıb. O vaxtlar elə bir vaxt idi ki, hamı pul qazanmaq ardınca gedirdi. Mən elm adamı idim, müəllim idim, çətin olmasına baxmayaraq elm, təhsil maarifçilik yolunu seçdim. Özümü Azərbaycanın ruhi mədəniyyətinin inkişafına həsr etdim. Çünki yaxşı bilirdim ki, milli xilas mədəniyyətdədir. Dünyanı, cəmiyyəti, milləti yalnız yalnız yüksək mədəniyyət xilas edə bilər. Fyodor Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək, amma mən onunla razı deyiləm. Gəlin, baxaq, gözəl torpaqlar, gözəl qadınlar üstündə qədər müharibələr olub, ancaq dünyanı mədəniyyət xilas edəcək, əgər dünya mədəniyyəti qoruyarsa.

   O zaman AMEA başda olmaqla 25-dən artıq təşkilat - universitetlər, cəmiyyətlər, dövlət komitələri, nazirliklər, ziyalıların dəstəyi iləSimurqAssosiasiyası təsis olundu. İndi bu təşkilat BMT-, UNESCO-da dünyanın bir çox ölkələrində tanınır. Assosiasiyanın əsas missiyası - kulturologiya elminin təhsilinin inkişafında, universal kulturoloji elmi biliklərin cəmiyyətdə yayılmasında, mədəniyyətimizin demokratikləşməsində dövlətimizə kömək etməkdir. Mən o zaman Lesli Alvin Uayt, Abraham Maslou, Alfred Adler, Osvald Şpenqler, Arnold Toynbi başqa tanınmış kulturoloqların müddəaları ilə tanış oldum, bir neçə ölkənin - Almaniya, Yaponiya, ABŞ, Böyük Britaniya, Fransa, Sinqapur, Tayvan s. - sosial-mədəni inkişaf təcrübəsini təhlil elədim. Təkcə Yaponiyaya nəzər salsaq, görərik ki, bu Şərq ölkəsi qısa vaxtda qədər yüksək nailiyyətlər əldə etmişdir. 20-25 kitabın təhlili əsasında onların qüdrətinin sirrini üç amildən ibarət olduğunu aşkar etdim: intellektual mədəniyyətin üstünlüyü, güclü milli ideya, xalqın mədəniyyətinin demokratikləşdirilməsi. Heç bir şərtdən asılı olmayaraq dövlət hər bir yapon üçün şərait yaradır ki, öz istəyinə, istedadına görə istənilən sahədə inkişaf eləsin. Hamıya bərabərhüquqlu dəstək verirlər ki, seçdiyi sahədə inkişaf edib uğur qazanmaqla həm özünə, həm ailəsinə, həm dövlətinə xidmət etsin. Simurqda bu yolu seçdi, bir çox layihələr həyata keçirdi, düzdür, bəzən yetərli dəstək ala bilmədik. Belə yüksək intellektual səviyyəsi olan təşkilatları mütərəqqi dünyada dövlət özü maliyyələşdirir. Assosiasiyamızın fəxri üzvləri sırasında 20-dən artıq akademik müxbir üzv, onlarla professor var. Bu gün Simurqöz yolu ilə gedir. Biz öz vətənimizə, xalqımıza xidmət göstərir, əlimizdən gələn qədər mədəni inkişafımıza kömək edirik.

   - Fuad müəllim, dünyanı mədəniyyət xilas edə biləcəkmi?

   - Əgər mədəniyyəti qoruyub inkişaf elətdirsək, əlbəttə, xilas edəcək. Hüseyn Cavid deyirdi: “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. Dünyanı qılınc yox, ürəklə ağılın qovşağı olan mədəniyyət xilas edəcək.

  

 

     Təranə Vahid

 

     Mədəniyyət.- 2013.- 6 mart.- S. 7.