2013-cü
ilin “Folklor paytaxtı”nın təqdimat mərasimi
Xəbər verdiyimiz kimi, Mədəniyyət və
Turizm Nazirliyinin
“2010-2014-cü illər üçün
“Xalq Yaradıcılığı
Paytaxtları” Proqramına
əsasən, 2013-cü il
üçün Zaqatala
“Azərbaycanın folklor
paytaxtı” elan olunub. Martın 5-də
rayon mədəniyyət evində
“Folklor paytaxtı”nın təntənəli
təqdimat mərasimi
keçirilib.
Mərasim iştirakçıları əvvəlcə mədəniyyət
evinin foyesində rayonun folklor nümunələri və
el sənətkarlarının əl işlərindən
ibarət sərgiyə
baxıblar. Rayon uşaq incəsənət
məktəbinin və
mədəniyyət müəssisələrinin
folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət
və turizm şöbəsinin müdiri
Zümrüd Ağakişiyeva
il ərzində
rayonda həyata keçiriləcək tədbirlər
barədə məlumat
verib. Qeyd olunub ki, Zaqatalanın “Azərbaycanın
folklor paytaxtı” elan edilməsi rayonun milli-mənəvi dəyərlərinə, folkloruna
verilən yüksək
qiymət və etimaddır. İl ərzində
rayonda silsilə tədbirlərin, respublika
və beynəlxalq səviyyəli konfransların,
festivalların, konsertlərin,
sərgilərin keçirilməsi
nəzərdə tutulub.
Rayonun folklor nümunələrini
əks etdirən filmin nümayişindən
sonra Zaqatalanın “Azərbaycanın folklor paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış
xatirə kuboku tədbir iştirakçılarına
təqdim olunub.
Mədəniyyət.-
2013.-6 mart.- S. 2.