Gənclik tükənməz gücdür

 

   Gənclik kökünə bağlı, milli-mənəvi dəyərlərinə sadiq, əyilməz yeni nəsil, tükənməz güc deməkdir. Bunu ötən əsrin jurnalları yazırdı. Amma indi gənclikdən şikayətlənənlər də var, onunla qürur duyanlar da. Ümumiyyətlə, cəmiyyətdə öz sözünü deməyi bacaran, aktiv gənclərimiz yetərincədir. Dünyagörüşü, intellektual səviyyəsi, həyata baxışı ilə seçilən gənc nəsil Azərbaycanın sabahıdır. Belə aktiv gənclərimizdən biri ilə bu yaxınlarda tanış oldum. İlk görüşdən müasir Azərbaycan gəncinin bütün xüsusiyyətlərini özündə ehtiva edən Ayselin mədəniyyətimizə, tarixi kökümüzə, milli dəyərlərimizə bağlılığı məndə fəxr hissi oyatdı.

  

   Aysel Axundova Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsidir. Hüquqşünas ixtisasını seçməsinə baxmayaraq, mədəniyyət və incəsənətə böyük marağı var. Elə bu səbəbdən də çalışır ki, gənclər təşkilatlarının keçirdikləri beynəlxalq festivallara qoşulub ölkəmizin mədəniyyətini layiqincə tanıtsın.

   İlk dəfə qatıldığı tədbir bir neçə il öncə Moskvada təşkil olunmuşClass Art” layihəsi olub. Bu ilin fevralında isə Norveçdə keçirilən ISFiT "Trondheim Beynəlxalq Tələbə Festivalı"ndan qayıdan Aysel səfər təəssüratını bizimlə bölüşdü: “ISFiT dünyanın ən böyük beynəlxalq tələbə festivalıdır. İki ildən bir təşkil olunur. Norveçdə Trondheim tələbə şəhəri hesab edildiyindən layihə məhz burada keçirilir və hər dəfə fərqli bir mövzuya həsr olunur. Bu ilin mövzusuQlobal ticarət” idi. Festivala qatılmaq üçün müraciət edən 6000-dən çox tələbədən bu il yalnız 450 nəfər seçilərək dəvət almışdı. Festivalda mən “performing art workshop”unda da iştirak etdim, mühazirələrə qatıldım. Mühazirələri bizə Vandana Shiva, Norveçin xarici işlər naziri Espen Barth Eide, Andrew Feinstein, Erik Solheim I.Diaz kimi öz sahəsində tanınmış şəxslər oxuyurdu. Mühazirələr dialoq formasında qurulmuşdu. Festival boyu qruplara bölünmüş iştirakçılar müxtəlif səhnəciklər qurur, mühazirələr dinləyirdi, sonra konsert digər tədbirlər olurdu. Festival zamanı bir çox ölkələrdən gənclərlə tanış oldum”.

   Həmsöhbətimin bildirdiyinə görə, ISFiT nüfuzlu qeyri-hökumət təşkilatıdır, məqsədi müzakirə debatlar üçün görüş yeri olmaq, insanları birləşdirmək, ortaq gələcək qurmaqdır: “Bu, mədəniyyətləri qovuşduran bir layihədir. Festivalın mövzusunu ISFiT-in prezidenti Kaja Juul Skarbo seçir. Gəncləri bu festivala cəlb etməkdə məqsəd həm onları gələcəyin liderləri kimi yetişdirməkdir. Onlar bu layihə vasitəsilə bir-birini tanıyır öz ölkələrinin mədəniyyətlərini təbliğ edir, fikir mübadiləsi aparırlar. Məsələn, festival çərçivəsində belə bir sual qoyulmuşdu: İlk dəfə gəldiyiniz şəhərdə sizi təəccübləndirə bilər? Bu zaman maraqlı faktlar ortaya çıxırdı. Bütün ölkələrdən tələbələr öz ölkələrini tanıtmağa can atırdılar. Birlikdə öz adətlərimizi sərgiləməyə çalışırdıq. Festivala getməzdən əvvəl çox düşünürdüm ki, görən, ora hansı sənət nümunələrimizi, mədəniyyətimizin hansı sahəsinin bir parçasını apara bilərəm. Belə qərara gəldim ki, festivala Azərbaycan rəqslərindən ibarət videoçarxlar muğam nümunələrimizi (Alim Qasımovun ifasında) aparım. Seçimimdə yanılmadım. Elə ilk gün təqdim etdiklərim böyük maraq alqışlarla qarşılandı.

   Bundan əlavə, festival çərçivəsində konsertlər, ümumi yığıncaqlar sənət sərgilərindən ibarət geniş mədəni proqram həyata keçirilirdi. “Performing art workshop” bölümündə mən milli geyimimizdəSəmənirəqsini ifa etdim. Bəziləri Azərbaycan haqqında məlumatsız idilər. Bir çoxları isə ölkəmizi “Eurovision” mahnı müsabiqəsindən sonra tanımışdılar. Mən çalışırdım, ölkəmizin iqtisadi-siyasi coğrafiyası ilə onları yaxından tanış edim. Çox şadam ki, bacardığım qədər ölkəmizi tanıda bildim. Əslində bizim mədəniyyətimiz o qədər zəngindir ki, mən onun bir zərrəsini özümlə apara bilmişdim. Hətta bilmirdim, haradan başlayım, Ü.Hacıbəyli, Q.Qarayev, V.Mustafazadə, yaxud digər başqa sənətkarlardan hansını təqdim edim. Doğrudan da, Azərbaycan mədəniyyətini xaricdə, sözün yaxşı mənasında, təmsil etmək çətin imiş, çünki o qədər zəngin mədəniyyətimiz var ki, mütləq nələrsə qalır onları da xaricilərə göstərmək istəyirsən.

   Sonda isə onu demək istəyirəm ki, mənim teatra, sənətə sevgim çox böyükdür bu sevgini həyatım boyu özümlə daşıyacağam. Hazırda rəsm dərnəyinə yazılmışam, rəqslərlə məşğulam rəqsi çox sevirəm. Öz gənc dostlarıma da məsləhət görərdim ki, boş vaxtlarını incəsənətə, mədəniyyətə həsr etsinlər. Bu həm onların özlərinə, həm dövlətimizə xeyir gətirər”.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 13 mart.- S. 11.