Berlin sərgisindən təəssüratlar
Martın 6-dan 10-dək Almaniya paytaxtında «İTB Berlin
- 2013» beynəlxalq turizm sərgisi keçirilib. Sərgidə mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib.
Xatırladaq ki, ölkəmiz builki Berlin sərgisinə
«Mədəniyyət və konqres» tərəfdaşı
kimi qatılmışdı.
Nazirliyin
Turizm şöbəsinin Turizmin
marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov sərgi ilə
bağlı təəssüratını qəzetimizlə bölüşdü: “Azərbaycan sərgidə
üç stendlə təmsil olunurdu. Hər üç
stendimizə - ölkəmizin turizm
şirkətləri və hotellərinin öz
məhsullarını nümayiş etdirdiyi 104 kvadratmetrlik əsas,
mədəniyyət nümunələrimizin nümayiş
olunduğu 21 kvadratmetrlik
«Mədəniyyət» və ölkəmizin ekoloji
turizm potensialını əks etdirən
30 kvadratmetrlik «Ekologiya»
stendi ziyarətçilərdə xüsusi maraq doğurmuşdu. Bir məqamı
da qeyd edim
ki, sərginin sonuncu iki günü əhali üçün nəzərdə tutulmuşdu. Azərbaycanın
stendlərinə xüsusi maraq
da məhz bu günlərdə
hiss olundu. Ölkəmizin
turizm imkanlarını əks etdirən
lövhələrin qarşısı bir an belə boş
qalmırdı. Azərbaycan yeni bir turizm istiqaməti kimi alman turistləri
çox maraqlandırır”.
Sərginin son iki günündə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri və muğam üçlüyü
gündə iki dəfə stendimizdə çıxış edib:
“Bu həm sərgi ziyarətçiləri, həm
də iştirakçı
ölkələrin nümayəndələri
tərəfindən böyük
maraqla qarşılandı”.
V.Şıxəmmədovun
sözlərinə görə,
əsas stendimizdə ölkəmizdə fəaliyyət
göstərən aparıcı
turizm şirkətləri
və 5 ulduzlu brend hotellər təmsil olunub: “Brend mehmanxanaların Azərbaycanın turizm infrastrukturunu təmsil etməsi sərgidə olduqca maraqla qarşılanırdı. Turizm şirkətləri
nümayəndələrinin dediyinə görə, bu sərgidə əvvəldən əlaqə
qurduqları partnyorlarla
əməkdaşlıq müqavilələrini
yeniləməklə bərabər,
yeni şirkətlərlə
də münasibət
qura biliblər».
Sərgi zamanı Almaniyanın
kütləvi informasiya
vasitələri «İTB Berlin - 2013»ün rəsmi tərəfdaşı
kimi ölkəmizə
xüsusi maraq göstərib. Sərginin ikinci
günü «İTB Berlin News» qəzetində Azərbaycanın
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin geniş müsahibəsi dərc olunub. Bu qəzetin sərginin davam etdiyi 5 gün ərzində hər gün yeni sayı işıq üzü görüb: «Qəzetin hər nömrəsində
Azərbaycanla bağlı
material əksini tapırdı.
Bundan əlavə, «Berlin İTB» televiziyası
sərgi günlərində
Azərbaycanla bağlı
bütün tədbirlərin
çəkilişlərini apardı. Sərgidə iştirak edən
digər ölkələrin
çəkiliş qrupları
da ölkəmizin stendindən müxtəlif
çəkilişlər edirdilər,
xüsusilə də mədəniyyət və
incəsənət ustalarımızın
çıxışlarını çəkirdilər. Azərbaycan Dövlət
Rəqs Ansamblının
üzvlərinin milli geyimlərdə şəkilləri
bir çox qəzet və jurnalların səhifələrini
bəzəyirdi».
Həmsöhbətimiz sonda onu da qeyd etdi
ki, hər belə sərgidə Azərbaycan turizminə marağın daha da artdığı hiss edilir. Bu xüsusda
ölkəmizin turizm imkanlarının beynəlxalq
sərgilərdə nümayiş
etdirilməsinin çox
böyük rolu var.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 13 mart.- S. 10.