Muğam aləmi”nin sədası regionlardan gəlir

 

   Beynəlxalq festival çərçivəsində yerli xarici sənətçilərin iştirakı ilə rəngarəng konsert proqramları təşkil edilir

  

   Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-da Bakıda start götürənMuğam aləmi” III Beynəlxalq muğam festivalının proqramına uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində konsertlər keçirilir. Festivalın ikinci günü, martın 10-da Şamaxı Lənkəranda konsert proqramları təqdim edilib.

  

   Şamaxı musiqi kollektivlərinin konserti

  

   Şamaxı Mədəniyyət Mərkəzində keçirilən konsertdən öncə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunması təbliği ilə əlaqədar həyata keçirilən tədbirlərin əhəmiyyətini, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətlərini minnətdarlıqla qeyd ediblər. Çıxışlarda III Beynəlxalq muğam festivalının artıq öz coğrafi məkanını genişləndirməsinin, respublikamızın bir sıra şəhər rayonlarında festival çərçivəsində konsertlərin keçirilməsinin musiqisevərlər tərəfindən sevinclə qarşılandığı vurğulanıb.

   Sonra konsert başlanıb. 300-ə yaxın musiqisevər yerli sənətkarların ifasındaBayatı-ŞirazZabul segahmuğamlarımızı dinləyiblər. Xanəndələr Elim Ömərov, Elxan Zülfüqarov, müğənnilərdən Vəfa Rəsulova, Xalid Nağıyev, Şöhrət Fətiyev, Gülxar Məmmədova başqalarının ifa etdikləri muğamlar alqışlarla qarşılanıb. İfaçıları tarda Əhməd Həmidov, kamançada Natiq Hüseynov, balabanda Şirəli Fətiyev, nağarada İsa İmanov müşayiət edib.

  

   LənkərandaLeyli Məcnun

  

   Lənkəran Dövlət Dram Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Üzeyir HacıbəylininLeyli Məcnunoperasının konsert ifasını tamaşaçılara təqdim edib.

   Mərasimdə çıxış edən Dövlət Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, ilk dəfə olaraq festival çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikamızın bölgələrində Azərbaycanın xarici musiqiçilərin iştirakı ilə konsertlərin, ustad dərslərinin təşkili nəzərdə tutulub.

   Lənkəranlı tamaşaçılar Üzeyir HacıbəylininLeyli Məcnunoperasının konsert ifaçılarını - dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Xor Kapellası, solistlər - xalq artistləri Mənsum İbrahimov Aygün Bayramovanın, əməkdar artistlər Elçin Həşimov Elnur Əhmədovun çıxışlarını hərarətlə qarşılayıblar.

  

   GəncədəYeddi muğam dünyasına səyahət

  

   Martın 11-də beynəlxalq festival çərçivəsində Gəncədə təşkil olunmuş açılış mərasimi həm Yeddi muğam dünyasına səyahətadlı konsert proqramının təqdim edilməsi ilə yadda qalıb. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, görkəmli tarzən Fikrət Verdiyev çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması təbliği sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

   Sonra yeddi gənc xanəndə - Şahin Məmməd Mirzəyevlər, Sevil Sarıyeva, Anar Quliyev, Zakir Əliyev, Müqəddəs Məmmədova Cavid AbdullayevGöygöldövlət mahnı rəqs ansamblının müşayiəti ilə 300 nəfərdən artıq tamaşaçını ecazkar muğam aləminə səyahətə çıxarıblar. Bir neçə saat davam edən konsertdə hər bir xanəndənin ifası alqışlarla qarşılanıb. Muğamsevər tamaşaçılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

   Qeyd edək ki, martın 12-də Gəncədə festival çərçivəsində Çin musiqiçilərinin iştirakı ilə daha bir konsert olub.

 

   Qarabağ Muğam MərkəzindəZərbi muğam təsniflər

  

   Beynəlxalq festivalın daha bir konsert proqramı Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində təqdim edilib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri OrkestrininZərbi muğamlar təsnifləradlı konsertdən öncə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin baş metodisti Səid Hacıyev Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov çıxış edərək ölkəmizdə mədəni irsin, incəsənətin, o cümlədən muğam sənətinin inkişafı təbliğinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıblar.

   Orkestrin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə keçirilən konsertdə Xalq artisti Simarə İmanova, xanəndələr Səbuhi İbayev, Nəzər Bəylərov Sevinc Abbasovanın ifa etdikləri muğam, təsnif xalq mahnıları, “Leyli Məcnunoperasından parça dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

   KonsertQarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.

 

   ŞirvandaUstaddan şagirdəmuğam gecəsi

  

   Martın 11-də Şirvandakı Mədəniyyət evində şəhər uşaq musiqi məktəbinin muğam şöbəsinin müəllim şagirdlərinin ifasındaUstaddan şagirdəmuğam konserti olub.

   Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, şəhər Mədəniyyət Turizm Şöbəsinin müdiri Əziz Abbasov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, Azərbaycan Milli Konservatoriyasının Əməkdar müəllimi Qəzənfər Abbasov martın 19-dək davam edəcək beynəlxalq festivalın əhəmiyyətindən danışıblar.

   Konsertdə musiqi məktəbinin müəllimi İrşad İbişovSimayi-şəmsritmik muğamını, məktəbin məzunları Mehman HüseynovDilkəş”, Kamal DadaşovXaric segah”, Qiyas Qurbanlı Şur Latviyanın paytaxtı Riqa şəhərində yaşayan Leyla ƏliyevaBayatı-Şirazmuğamlarını ifa ediblər. Həmçinin musiqi məktəbi şagirdlərinin ifasında xalq mahnıları təsniflər səslənib. Konsertə Mehman Hüseynov, Səbuhi Abdullazadə Tacir İsmayılovun birgə ifa etdikləriQarabağ şikəstəsiilə yekun vurulub.

  

   Daha bir konsert Ağstafada

  

   Musiqi bayramının daha bir açılış konserti martın 11-də Ağstafa şəhərindəki Mədəniyyət evində gerçəkləşib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək III Beynəlxalq muğam festivalının əhəmiyyətindən söz açıb.

   Sonra şəhər uşaq musiqi məktəbi muğam şöbəsinin müəllim şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Ağstafa rayonunda martın 17-dək bir sıra ölkələrin musiqiçilərinin ifasında rəngarəng konsert proqramları təqdim olunacaq.

 

 

  Mədəniyyət.- 2013.- 13 mart.- S. 9.