Milli Teatr Günü
qeyd olundu
“Ana dilində yaradılan, milli mədəniyyətimizə söykənən
və uzun illər yaşayan teatrımız bu günə böyük şərəflə gəlib”
Martın 10-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında Milli Teatr Günü
qeyd edildi. Tədbir iştirakçıları
öncə teatrın
foyesində Azərbaycan
teatrına həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış oldular.
Bayram münasibətilə Akademik
Milli Dram Teatrının
yaradıcı heyəti
səhnəyə dəvət
olundu. Teatrın direktoru, professor İsrafil
İsrafilov mərasimi
açaraq yaradıcı
heyəti təbrik etdi, sənət adamlarına milli teatrımızı yaşatmaq,
maarifçi mütəfəkkirlərimizin
yaratdığı milli
teatr ənənələrini
inkişaf etdirmək istiqamətində uğurlar
arzuladı.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev Prezident İlham Əliyevin Azərbaycan peşəkar
milli teatrının yaradılmasının 140 illik
yubileyi və 10 Mart - Milli Teatr Gününün
təsis edilməsi haqqında sərəncamlarının
sənət adamları,
teatr ictimaiyyəti tərəfindən yüksək
rəğbət hissi
ilə qarşılandığını
bildirdi: “140 illik tarixə qısa səyahət etsək, görərik ki, böyük dramaturqumuz Mirzə Fətəli Axundzadənin yaradıcılığı
ilə başlayan, maarifçi mütəfəkkirlərimiz
Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun səyi nəticəsində 1873-cü ilin
bu günündə
ilk dünyəvi, peşəkar
teatrın yaranması
ağır zəhmət
bahasına başa gəlib. Azərbaycan teatrı 70 il sovetlər birliyinin tərkibində və müstəqilliyimizi əldə
etdiyimiz 21 il ərzində enişli-yoxuşlu
yol keçib. Bu illər ərzində böyük uğurlarımız
olub, təbii ki, tənəzzüllərlə
də üzləşmişik.
Lakin ən vacib olan odur
ki, ana dilində
yaradılan, milli mədəniyyətimizə söykənən
və uzun illər yaşayan teatrımız bu günə böyük şərəflə gəlib”.
Nazir müavini son illər ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində
dövlətin teatr sənətinə xüsusi
önəm verdiyini nəzərə çatdırdı.
Qeyd olundu ki, 2006-cı ildə “Teatr və teatr
fəaliyyəti haqqında”
qanunun qəbul edilməsi, 2007-ci ildə
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamın imzalanması,
“Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramının təsdiq
edilməsi bu diqqət və qayğının bariz nümunəsidir.
Bütün bu addımlar fəaliyyəti
ilə milli-mədəni sərvətə çevrilən
teatrımızın zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunmasına,
Avropa mədəniyyətinə inteqrasiya etməsinə,
teatrların maddi-texniki bazalarının modernləşdirilməsinə
və teatr binalarının dünya standartlarına uyğun təmir
edilməsinə, informasiya və maliyyə resurslarından səmərəli
istifadəyə, günün tələblərinə
uyğun repertuarın formalaşmasına xidmət edir: “Ötən
müddətdə bir neçə teatr binasının
maddi-texniki bazası möhkəmləndirildi. Uzun illər
binasız qalan bir neçə teatra bina verildi. 40 il fəaliyyət
göstərən, lakin binası olmayan Sumqayıt Dövlət
Teatrı bina ilə təmin edildi. Ölkə
başçısının qayğısı nəticəsində
Azərbaycanda fəaliyyət göstərən
qaçqın teatrlarından İrəvan və Şuşa
teatrının müvəqqəti məskunlaşması
üçün yer ayrıldı. Ağdam və Füzuli
teatrları yenidən quruldu və bir gün də olsun
qapılarını tamaşaçı üzünə
bağlamadılar. Bu gün dünyanın tanınmış
teatr rejissorları Azərbaycanda tamaşalar
hazırlayırlar. Azərbaycan rejissorlarının
sorağı da aparıcı ölkələrdən gəlir.
Ölkəmizdə iki dəfə Beynəlxalq Teatr
Konfransı keçirildi və bu konfranslarda dünyanın
qabaqcıl sənət adamları, teatr menecerləri
iştirak etdilər. A.P.Çexov adına teatr
festivalının “İpək yolu” mərhələsinin, I
Kukla Teatrları Festivalının Azərbaycanda keçirilməsi
də teatrımızın inkişafa doğru getdiyindən xəbər
verir. Son 6 ildə teatrlarda 700-dən çox tamaşa
hazırlanıb və bunların yarısı dövlət
sifarişinə əsasən səhnələşdirilib. Azərbaycan
dramaturqlarının əsərləri xarici ölkələrdə
səhnələşdirilir. Ümumilikdə son illər həyata
keçirilən layihələr bütünlükdə Azərbaycan
teatrının inkişafına xidmət edir. Teatr sənətimizə,
Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət
və qayğıya görə möhtərəm Prezidentimizə
böyük teatr ictimaiyyəti adından təşəkkürümü
bildirirəm”.
Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov
Milli Teatr Günü ilə bağlı təbriklərini
çatdırdı. Qeyd etdi ki, belə bir bayramın təsis
edilməsinə yalnız sevinmək lazımdır.
Sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə Azərbaycan
teatrının keçdiyi şərəfli tarixi yola bir daha
nəzər saldı. Teatra ömrünü verən
tanınmış sənət adamlarını yad etdi, gənclərə
uğurlar arzuladı və bayram münasibətilə hər
kəsi təbrik etdi.
Rəsmi hissədən sonra Azərbaycan
peşəkar milli teatrının yaradılmasının 140
illik yubileyi münasibətilə Mirzə Fətəli Axundzadənin
eyniadlı əsəri əsasında hazırlanan “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası nümayiş olundu.
Dahi ədibin 200 illik yubileyinə həsr
olunmuş tamaşanın quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural
Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif,
bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları
Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər
Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev,
aktyorlar Əminə Babayeva, İlahə Həsənova, Aslan
Şirinov və başqaları oynayırdılar.
Reyhan
Mədəniyyət.-
2013.- 13 mart.- S. 5.