Muğam və cazın əsrarəngiz sintezi

 

   “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının zəngin proqramına muğam və cazın əsrarəngiz sintezindən ibarət maraqlı konsertlər də daxildir.

   Martın 11-də ilk belə konsert Bakı Caz Mərkəzində gerçəkləşdi. Burada gənc pianoçu Etibar Əsədlinin etno-caz layihəsi təqdim edildi.

   Konsertdə Rüstəm Zeynallı, Ruslan Hüseynov, Elvin Bəşirov, Tofiq Cabbarov, Rafael Əliyev kimi tanınmış ifaçılar da çıxış etdilər. Görkəmli bəstəkar Fikrət Əmirovun “Lay-lay” əsərinin, muğam və caz janrlarından rəngarəng musiqi parçalarının sintezindən ibarət kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2013.- 13 mart.- S. 3.