III Beynəlxalq Muğam Festivalı davam edir

 

   Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilənMuğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlər davam edir. Martın 12-də musiqi bayramı çərçivəsində QəbələdəkiQafqaz sport” hotelində mədəniyyət işçiləri, muğamsevərlərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə festival tədbirlərinin açılış mərasimi keçirilib.

   Mərasimdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması təbliği istiqamətində həyata keçirilən tədbirlərdən, milli muğam sənətimizin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışıblar.

   Sonra xanəndələr Natiq CəfərovSimayi-şəms”, Asim ƏliyevSegah zabul”, Hacıbaba AbdurrahmanovArazbarı”, Ceyhun MehdiyevHeyratımuğamlarını ifa ediblər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət ediblər.

 

   * * *

 

   Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində isəUstaddan şagirdəmuğam məclisi keçirilib. Tədbirdə Lənkəran şəhərindəki Cəfər Cabbarlı Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim şagirdlərinin ifasında Azərbaycan muğamları səslənib. Müslüm Ağayev, İmanverdi Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyeva, Güldəstə Niftullazadə, Mirisa Qəhrəmanovun ifasındaŞahnazdəsgahı, “Heyratı”, “Simayi-şəmsmuğamları, tarzənlər Elçin HətəmlininOrta mahur”, İbrahim NəsirlininÇahargahmuğamı s. musiqi parçaları alqışlarla qarşılanıb.

 

   * * *

 

   Beynəlxalq festival çərçivəsində daha bir konsert martın 12-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Tunis bəstəkarı, müğənni, ud ifaçısı ictimai xadim Lotvi Buşnakın təqdim etdiyiYaxın Şərqdən salamlar...” adlı konsertdə Jqonda Munir (violin), Taufik Jqonda (qanun, setar), Abdelhakim Belqaid (ud), Mabruk Hammadi (zərb, tar) çıxış ediblər.

 

 

   Mədəniyyət.- 2013.- 13 mart.- S. 2.