Regionlarda müasir turizm infrastrukturu qurulur

 

   Turizmin bütün dünyada gəlirli sahələrdən birinə çevrilməsi Azərbaycanda da bu sahənin əhəmiyyətini artırıb. Ekspertlərin hesablamalarına görə, ölkəmizdə ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.

  

   Dövlət proqramları turizmin inkişafını sürətləndirir

  

   Regionların inkişafı üzrə 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı daha çox sosial-mədəni infrastrukturun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Sosial müəssisələr, mədəni-maarif ocaqları, yol infrastrukturu layihələrinə üstünlük verilirdi. Bu mənada birinci Dövlət Proqramı turizm infrastrukturunun formalaşdırılması kimi xarakterizə olunur. 2009-2013-cü illəri əhatə edən ikinci proqram isə daha çox turizmlə əlaqəli olan, bu sahəyə birbaşa xidmət edən müvafiq strukturun yaradılmasını nəzərdə tutur. Hazırda ölkədə təxminən 50-yə yaxın mehmanxana tikilməkdədir. Bu isə mövcud yataq sayının 30 faiz artması deməkdir.

  

   Bəyəndiyin marşrutu seç

  

   Turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə hələ 2003-cü ildə bölgələr üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvandır.

   Əsas marşrutlar üzərində yerləşən rayonlarda müxtəlif turizm növlərini inkişaf etdirmək istiqamətində Mədəniyyət Turizm Nazirliyi tərəfindən layihələr həyata keçirilir. İlk növbədə isə həmin rayonlar beynəlxalq səviyyədə təbliğ olunur. Avropa Şurasının təcrübəsi çərçivəsində bu rayonların turizm imkanlarının tanıtdırılması üçün mədəni layihələr həyata keçirilir. Bunlar «Böyük İpək yolu», «Şərab yolu», «Xalçaçılıq», «Aleksandr Düma Qafqazda» «Azərbaycanda alman məskənləri» layihələridir. Bu, eyni zamanda ölkəmizə gələn turistlərin sayının artırılmasına çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.

  

   Hər bölgənin özəlliyi var

  

   Turistlərin sayına görə bölgələr arasında fərq hiss olunmaqdadır bu təbiidir. Hər il minlərlə insanın istirahət etdiyi Xaçmaz turistlər üçün ən populyar bölgələrdəndir. Yerli əhalinin əsas gəlir mənbələrindən biri turizmdir. Burada çimərlik turizmi xüsusilə inkişaf edib. Rayon mərkəzindən çox da uzaqda olmayan Nabran cəlbedici istirahət məkanıdır. Ötən il rayonda 155 min turistin, o cümlədən 10 min xarici ölkə vətəndaşının dincəlməsi Xaçmazın ümumi turizm potensialının göstəricisi hesab olunmalıdır.

   Turizm baxımından inkişaf etmiş digər bir bölgə Qəbələdir. Son illər bu rayon Azərbaycanın ən populyar turizm mərkəzinə çevrilib. Burada fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində xidmətin keyfiyyəti dünyada müəyyən edilmiş normalara cavab verir. Ötən il Qəbələyə səfər edən turistlərin sayı 42 mindən yuxarı olub ki, bunun 10 minə yaxınını xarici turistlər təşkil edib.

   İsmayıllı isə xarici turistlərin sevimli məkanı kimi tanınır. Azərbaycanın turizm üçün əlverişli bu dilbər guşəsində müxtəlif sənətkarlıq növləri yüksək səviyyədə inkişaf edib ki, bu da İsmayıllını turistlər üçün cəlbedici edir. Rayonun dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları ilə məşhurdur. Hər il təkcə Lahıca 8-10 min qonaq gəlir ki, onların da 80-90%-i xarici ölkə vətəndaşlarıdır. İran, Rusiya, Yaponiya, İtaliya İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər. Rayon ərazisində 22 istirahət mərkəzi, mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il İsmayıllı ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərində 75 min nəfərə yaxın yerli xarici turist istirahət edib.

   Azərbaycanın qərb bölgəsində turizm sahəsinin inkişafı üçün lazımi infrastruktur qurulmaqdadır. Gəncə, Şəmkir, Gədəbəy, Tovuz Qazax rayonlarının hər birinin özünəməxsus turizm potensialı mövcuddur. Bölgənin İpək Yolu beynəlxalq turizm marşrutu üzərində yerləşməsi bu potensialı daha da artırır. Hazırda Gəncə şəhərində 7, Şəmkirdə 1, Gədəbəydə 7, Tovuzda 1-i beşulduzlu olmaqla 3 hotel, Qazaxda 4 turist yerləşdirmə yeri fəaliyyət göstərir.

  

   Ötən il Azərbaycana 2 milyon turist səfər edib   

  

   Turizmin iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edilməsi bu sahəyə dövlət qayğısının qədər böyük olduğunu göstərir. Artıq birinci mərhələsi istifadəyə verilmiş Qusar rayonu ərazisində yerləşənŞahdağQış-Yay Turizm Kompleksi 2015-ci ildə tamamilə turistlərin ixtiyarına veriləcək. Burada 5000 insan işlə təmin olunacaq.

   Hazırda Azərbaycanda 500-dən yuxarı mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir. 225 turizm şirkətinə Mədəniyyət Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Bütün görülən işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı da getdikcə artır. Ötən il ərzində ölkəmizə 2 milyon 484 min qonaq gəlib ki, təxmini hesablamalara görə, bunun 2 milyonu turistdir.

  

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2013.- 15 mart.- S. 14.