Qəbələdən
dünyaya
“Qəbələ ölkəmizin mədəniyyət
və turizm mərkəzlərindən
birinə çevrilib. Bakıdan, digər
yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə
artır. Qəbələ artıq dünyada
çox məşhur şəhərə
çevrilibdir.
Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün ölkəmizə gəlirlər. Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra, əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir”. Prezident İlham Əliyevin bu günlərdə Qəbələ rayonunda dediyi sözlər bölgənin inkişafına ən yüksək qiymətdir.
Ötən il də rayon üçün uğurlarla yadda qalıb. Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi, təbii ki, ötən il təkcə bölgənin yox, ölkənin həyatında mühüm mədəni hadisə kimi yadda qaldı.
2012-ci ildə Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən tarixi hadisələr, yubileylər və əlamətdar günlər qeyd olundu. Ötən ilin ölkəmizdə “İdman ili” elan edilməsi ilə əlaqədar Rəsm Qalereyası tərəfindən “İdman sağlamlıqdır” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi, incəsənət məktəbi və Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə rəsm müsabiqəsi, MKS və onun filiallarında həvəskar rəssamların əl işlərindən ibarət sərgilər təşkil olundu.
“Milli atüstü oyunlar” mövzusunda uşaqların əl işlərindən ibarət sərgi də maraqla qarşılandı. Ötən il Şəkidə keçirilən ənənəvi atüstü milli oyunlar festivalında Qəbələ komandası “Yaylıq” oyunu üzrə II yerə çıxdı.
“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bir sıra müəssisələrdə əsaslı və cari təmir işləri görülüb. 2012-ci ildə Qəbələdə Mədəniyyət Mərkəzi inşa edildi və bu günlərdə ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Ötən il həm də Qəbələ Tarix-Bədii Qoruğu yeni inzibati binaya köçürüldü.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi də öz işini günün tələblərinə uyğun qurur. Şöbənin saytında həyata keçirilən tədbirlər və rayonun mədəni həyatında baş verən yeniliklər öz əksini tapır. Şöbənin müdiri Nargilə Qafarova il ərzində müxtəlif mədəniyyət və incəsənət müəssisələrinin dövlət tədbirlərində fəal iştirak etdiyini bildirdi: “Ötən ilin mart ayında Bakıda keçirilən Novruz şənliklərində Qəbələ rayonunun mədəniyyət işçiləri yüksək səviyyədə təmsil olundu. Dənizkənarı parkda təşkil edilmiş bayram yarmarkasında Qəbələ rayonunun kənd təsərrüfatı və istehsal müəssisələrinin məhsulları nümayiş etdirildi. Bum qəsəbə Mədəniyyət evinin “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı tədbirə xüsusi rəng qatdı. Kulinariya və sənətkarlıq işləri üzrə sərgimiz də maraqla qarşılandı”.
Ötən il rayon Mədəniyyət evinin “Gülbuta” folklor qrupu, Hacallı kənd mədəniyyət evinin “Gülüstan” folkor qrupu, xalq yaradıcılığı və bədii özfəaliyyət sahəsində bir çox maraqlı tamaşaları ilə yadda qalıb.
Rayonun zəngin
tarixi-mədəni irsi
var. Çuxur Qəbələ
kəndi ərazisində
yerləşən Qəbələ
Dövlət Tarix-Bədii
Qoruğunda Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyası İctimai
Birliyinin (SEBA) dəstəyi
ilə arxeoloji qazıntılar davam etdirilib. Aşkar olunmuş abidələr
üzərində konservasiya
məqsədilə şüşə
örtük quraşdırılıb.
Qəbələ Rayon İcra
Hakimiyyəti və
SEBA təşkilatının dəstəyi ilə Tarix-Diyarşünaslıq Muzeyinin
eksponatları haqqında
3 dildə broşür
və kitab hazırlanıb, Qəbələ
rayonu haqqında geniş məlumat verən yeni bələdçi kitab nəşr edilib.
Ötən il rayonun
xalq tətbiqi sənəti ustaları üçün də uğurlu olub, Respublika dekorativ-tətbiqi
sənət festivalının
Şəkidə və
Bakı şəhərində
keçirilmiş sərgilərində
Qəbələ sənətkarları
yaxından iştirak edib.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 15 mart.- S. 14.