Xonçalı
Novruz gəlir
Qaçqın və məcburi köçkünlər
üçün bayram şənliyi
Mədəniyyət
və Turizm Nazirliyi, hər il olduğu kimi, bu il də Novruz
bayramı ərəfəsində qaçqın və məcburi
köçkünlərin sıx məskunlaşdığı
bölgələrdə şənliklər, konsert
proqramları təşkil edib.
Martın 12-də Ağcabədi
rayonunun Taxtakörpü qəsəbəsində təşkil
olunan bayram şənliyində tanınmış incəsənət
ustalarının ifaları doğma yurd həsrətli insanlara
bahar ovqatı və zəngin təəssürat bəxş
edib. Tədbirdə çıxış edən
Laçın Rayon İcra Hakimiyyətinin
başçısı Akif Səlimov iştirakçılara
qarşıdan gələn bayram münasibətilə təbriklərini
çatdırıb. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə reallaşan tədbiri yüksək
qiymətləndirən A.Səlimov növbəti ildə belə
bayramların işğaldan azad olunmuş torpaqlarda
keçirilməsini arzulayıb.
* * *
Martın 13-də Goranboy rayonunda təşkil
olunan bayram tədbirində 450-dən artıq qaçqın və
məcburi köçkün iştirak edib. Mədəniyyət
evində keçirilən tədbiri Goranboy Rayon İcra
Hakimiyyətinin başçısı Nizaməddin Quliyev
açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən sosial-iqtisadi
siyasət, o cümlədən qaçqın və məcburi
köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlərdən danışıb. Qeyd
edilib ki, respublikamızın müxtəlif regionlarında məskunlaşan
bu insanlar üçün müasir qəsəbələr, hər
cür şəraiti olan yaşayış binaları tikilir,
müvafiq infrastruktur yaradılır. Goranboy rayonunda məcburi
köçkünlər üçün salınmış qəsəbə
də buna misaldır.
Mədəni sahədə
uğurlara toxunan icra başçısı Novruz bayramı ərəfəsində
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
həyata keçirilən tədbirləri yüksək qiymətləndirib,
təşkilatçılara və incəsənət xadimlərinə
minnətdarlığını ifadə edib. Qeyd olunub ki,
nazirlik tərəfindən bu tədbirlərin keçirilməsində
məqsəd bayram ərəfəsində qaçqın və
məcburi köçkünlərin asudə vaxtının səmərəli
təşkili və onlara göstərilən mədəni
xidməti daha da gücləndirməkdir.
Sonra söz incəsənət
ustalarına verilib. Xalq artistləri - tanınmış
xanəndə Canəli
Əkbərov, rəqqasə
Cəmilə Bayramova,
əməkdar artistlər
Gülüstan Əliyeva,
Zakir Əliyev, aktrisa Naibə Allahverdiyeva, müğənnilərdən
Rəhilə Quliyeva,
Valid Abdullayev, Ramin Quliyev maraqlı proqramla çıxış
ediblər. Musiqiçiləri tarda Altay Niftəliyev,
kamançada Araz Ağaverdiyev müşayiət
edib. Konsertin aparıcısı, qiraət ustası, Əməkdar artist Azad Şükürovun
səsləndirdiyi vətənpərvərlik
ruhunda şeirlər bayram tədbirinə xüsusi ovqat qatıb. Konsert proqramı sakinlər
tərəfindən alqışlarla
qarşılanıb.
Ceyhun
Mədəniyyət.-
2013.- 15 mart.- S. 9.