“Folklorumuz və Qobustan”
Mədəni irs seminarı
Martın 13-də Mədəniyyət
və Turizm Nazirliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin təşkilatçılığı
ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Folklorumuz və Qobustan” mövzusunda mədəni irs seminarı keçirilib.
Azərbaycan folklorunda ilaxır çərşənbə və
Novruz ənənələrinin
araşdırılması və
təbliğinə həsr
olunmuş seminarda nazirliyin Mədəni irs şöbəsinin Mədəni sərvətlər
(qoruqlar) sektorunun müdiri Könül Cəfərova, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova,
AMEA Folklor İnstitutunun
əməkdaşı, sənətşünaslıq
doktoru Nailə Rəhimbəyli, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin sədri Fariz Xəlilli və başqaları çıxış
ediblər.
Seminarda “Miras” İctimai Birliyinin və “Aktiv Media”nın birgə istehsalı olan və Azərbaycanın
türk obalarının
ilaxır çərşənbələrindən
bəhs edən “Tərəkəmə çərşənbəsi”
filmi nümayiş olunub. “Miras” musiqi qrupunun muğam ifaçıları
Novruz ab-havası canlandıran muğam parçaları ifa ediblər.
Sonda iştirakçılar Qobustan
abidələri ilə
tanış olublar.
Mədəniyyət.- 2013.-
15 mart.- S. 9.