Yaddaşları oyadıb, Haqqa tapındırdı muğam...

 

   Muğam aləmi” beynəlxalq festivalı çərçivəsində bölgələrimizdə keçirilən konsert proqramları mədəni irsimizin ən layiqli təqdimatıdır

  

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində paytaxt Bakı ilə yanaşı, regionlarda da tədbirlər, konsert proqramları davam edir. Gəncə, Lənkəran, Şamaxı, Ağstafa, Şirvan, Qəbələ, Ağcabədidə təşkil olunan festival konsertləri yerli sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.

  

   Azərbaycanın musiqiçiləri və müxtəlif ölkələrdən gəlmiş iştirakçıların qatıldığı bu tədbirlər mədəni irsimizin, zəngin muğam sənətimizin təbliği ilə yanaşı, mədəniyyətlərarası dialoqa xidmət edir. Şəhər və rayonlarda gerçəkləşən konsert proqramları eyni zamanda bölgələrimizdəki inkişafı, yerlərdə ən müxtəlif mədəniyyət tədbirlərinin təşkili üçün lazımi şəraitin, infrastrukturun yaradılmasını göstərir, regionlarımızı əcnəbi qonaqlara tanıdır.

 

   * * *

 

   Beynəlxalq festival çərçivəsində konsert proqramlarının bir qismi qədim Gəncədə keçirilir. Martın 12-də Gəncə Dövlət Dram Teatrında tamaşaçılara Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası və Çin Xalq Respublikasının “Gözəl qızlar” ansamblının ifasında “Özhal mukami” təqdim olunub.

   Konsertdən əvvəl Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək beynəlxalq festivalın milli-mənəvi dəyərlərimizin dünyada tanınmasında əhəmiyyətindən və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.

   Sonra Teymur Göyçayevin dirijorluğuQara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə “Leyli və Məcnun” operasından parçalar səsləndirilib. Məcnun rolunun ifaçısı İlkin Əhmədovun və Leyli rolunun ifaçısı Vüsalə Musayevanın çıxışları, eləcə də Çin Xalq Respublikasının “Özhal mukami” ansamblının ifasında səslənən mahnılar alqışlarla qarşılanıb.

   Martın 13-də Gəncədə musiqisevərlərə daha bir konsert təqdim olunub. Z.Qayıbov adına 5 saylı şəhər musiqi məktəbinin zalında “Ustaddan şagirdə” muğam məclisi gerçəkləşib. 4 və 5 saylı uşaq musiqi məktəblərinin, Q.Hüseynli adına Gəncə musiqi kollecinin muğam şöbələrinin müəllim və şagirdlərinin konserti maraqla qarşılanıb.

 

   * * *

 

   Martın 12-də Qəbələdə festival konsertlərinə start verilib. “Qafqaz sport” hotelində mədəniyyət işçilərinin, muğamsevərlərin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkəmizin üçüncü dəfə ev sahibliyi etdiyi beynəlxalq festivalın əhəmiyyətini qeyd ediblər.

   Konsertdə rayonun xanəndələri Natiq CəfərovSimayi-şəms”, Asim ƏliyevSegah zabul”, Hacıbaba AbdurrahmanovArazbarı”, Ceyhun MehdiyevHeyratımuğamlarını ifa ediblər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət edib. Musiqiçilərin çıxışı alqışlarla qarşılanıb.

   Martın 15-də Qəbələ şəhər 2 saylı orta məktəbin akt zalındaUstaddan şagirdəmuğam məclisi təqdim olunacaq. Konsertdə şəhər uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim şagirdləri çıxış edəcək.

 

   * * *

 

   Martın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində beynəlxalq festival çərçivəsindəUstaddan şagirdəmuğam məclisi keçirilib. Konsertdə Lənkəran şəhərindəki Cəfər Cabbarlı Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim şagirdlərinin ifasında Azərbaycan muğamları səslənib. Müslüm Ağayev, İmanverdi Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyeva Güldəstə Niftullazadənin birgə ifasındaŞahnazdəsgahı, İmanverdi Ağayevin ifasındaHeyratı”, Yeganə Şabanova, Məleykə Mirzəyeva, İmanverdi Ağayev, Güldəstə Niftullazadə, Müslüm Ağayev Mirisa Qəhrəmanovun birgə ifasındaSimayi-şəmszərb muğamları təqdim olunub. Respublika muğam müsabiqəsinin diplomantı Elçin Hətəmlinin tardaOrta mahurmuğamı, İbrahim Nəsirlinin tardaÇahargahmuğamı, Müslüm Ağayevin ifasında Xalq artisti Əlibaba MəmmədovunMənim Azərbaycanımmahnısı məclisə əlavə rəng qatıb.

   Martın 17-də Lənkəranda yerli musiqiçilərin iştirakı ilə beynəlxalq festivalın bağlanış konserti olacaq.

 

   * * *

 

   Martın 13-də Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində beynəlxalq festival çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasında muğam sənətinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışıb, rayonda bu cür möhtəşəm tədbirin keçirilməsi münasibətilə bütün sakinləri təbrik edib.

   Konsert proqramında əvvəlcə Çinin qadınlardan ibarət “Beautiful girls\" (“Gözəl qızlar”) qrupu çıxış edib. Çinli qonaqların təqdim etdikləri milli muğam nümunələri tamaşaçıların böyük maraq alqışlarına səbəb olub.

   Sonra Azərbaycanın tanınmış incəsənət nümayəndələri - Əməkdar artist Almaz Orucova istedadlı xanəndə Ehtiram Hüseynovun ifalarında təqdim edilən milli muğamlarımız zalda əyləşən hər bir tamaşaçının zövqünü oxşayıb. Tədbir sona çatdıqdan sonra tamaşaçılar festival iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

   Martın 17-də Ağstafada festivalın bağlanışı münasibətilə H.Arif adına uşaq musiqi məktəbinin muğam şöbəsinin müəllim şagirdlərininUstaddan şagirdəmuğam konserti olacaq.

 

   * * *

 

   Martın 14-də Şamaxı Mədəniyyət Mərkəzində beynəlxalq festival çərçivəsində konsert təqdim olunub. Dinləyicilər Əməkdar artist Gülyaz Məmmədovanın Respublika muğam müsabiqəsinin laureatı Kəmalə Nəbiyevanın ifalarındaMahur Hindi” muğamının ecazkar sehrinə düşüblər. Muğam ifaçılarını tarda Mehman Mikayılov, kamançada Cahandar Mikayılov, balabanda Adil Mansurov, udda Seyran Əmrahov, nağarada Cavidan Nəbiyev müşayiət ediblər.

 

   * * *

 

   Beynəlxalq festival çərçivəsində daha bir konsert proqramı Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində təqdim olunub. Konsertdə Füzuli Rayon Mədəniyyət Turizm ŞöbəsininZabul” instrumental ansamblının ifasındaRast”, “Heyratımuğamları, “Mirzəhüseyn”, “Zabulsegahları təsniflər səsləndirilib. Nizami Abdullayev, Mətləb Mirzəyev, Rauf Qələndərov, Cavid Əliyev başqalarının ifa etdikləri muğam təsniflər alqışlarla qarşılanıb.

 

   * * *

 

   Martın 15-də festivalın proqramına uyğun olaraq Qəbələ Şirvanda, ayın 16-da Naxçıvanda konsertlər nəzərdə tutulub. Bölgələrdə festival konsertlərinə martın 17-də yekun vurulacaq.

 

 

   Mədəniyyət.- 2013.- 15 mart.- S. 8.