“Muğam aləmi” beynəlxalq elmi simpoziumu
III Beynəlxalq Muğam Festivalı çərçivəsində
paytaxtımızda “Muğam
aləmi” beynəlxalq
elmi simpoziumu davam edir. Martın
13-də Bəstəkarlar İttifaqında
baş tutan “Azərbaycan muğamlarında
və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu” bölməsinin iclasına
almaniyalı professor Yurgen
Elsner və professor Sürəyya Ağayeva sədrlik edirdi.
İclasda
professor Səadət Abdullayeva
“Azərbaycan instrumental muğam
ifaçılığı - ənənələrin varisliyi
kontekstində”, Ü. Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru Seyran Qafarov “Azərbaycan nəfəsli musiqi aləti ney: tarixi retrospektivi və xüsusiyyətləri”,
sənətşünaslıq namizədi Abbasqulu Nəcəfzadə “Muğam
ifaçılığında nəfəs çalğı
alətlərinin müxtəlifliyi”
mövzularında məruzələri
təqdim olundu. Kanada, Fransa, Türkiyə və digər ölkələrdən
alimlərin məruzələri
də maraqla dinlənildi.
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan muğam dəsgahlarının
müqayisəli təhlili”
bölməsinin iclaslarına
AMEA-nın müxbir üzvü, professor Zemfira
Səfərova sədrlik
edirdi. Bu bölmədə
professor Məhərrəm Qasımlı
“Aşıq sənətində
muğam ifaçılığı
təcrübələri”, musiqişünas
Kamil Allahyarov “Xaqani Şirvani “Divan”ında musiqi və musiqi alətləri, professor Abbas
Seyidovun “Arxeoloji abidələrdə Azərbaycan
xalq çalğı
alətləri və musiqi motivləri” adlı məruzələrlə
çıxış etdilər.
Martın 14-də
Bəstəkarlar İttifaqında
simpoziumun üçüncü
günü də maraqlı məruzələrlə
yadda qaldı. “Azərbaycan muğamlarında
və Şərqin oxşar ənənəvi
janrlarında musiqi alətlərinin rolu” bölməsinin iclasına
günün birinci yarısında professor Mahmud Gettat
(Tunis) və türkiyəli
professor İlhami Gokçen
sədrlik edirdi. İclasda Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin direktoru, sənətşünaslıq namizədi
Alla Bayramovanın “Milli musiqi alətləri:
mətn və ikonoqrafiyanın düzgün
oxunuşu haqqında”,
Türkmənistandan professor Şaxım Quliyevin “Türkmən muqamlarının
tədqiqi məsələləri
haqqında”, musiqişünas
Lalə Hüseynovanın
Xalq artisti Ramiz Quliyevin iştirakı ilə “Azərbaycanda virtuoz tar ifaçılığının inkişafına dair”, iraqlı alim Şeherazade Q.Hassanın “İraq maqamlarının müşayiətində musiqi
alətlərinin rolu”
mövzusunda məruzələri
dinlənildi.
Fasilədən
sonra simpozium öz işini Jan Dürinq və İradə Köçərlinin
sədrliyi ilə davam etdirdi. İranlı musiqişünas
Sayid Kordmafi “İranda ənənəvi
santur alətində çalğı zamanı
modulyasiyalar: imkanlar və məhdudiyyətlər”,
Türkiyə alimi Ruhi Ayangilin “Makam musiqi ənənəsində
yeni kompozisiya və ifaçılıq
yanaşması: “Bataq”
texnikası və Taqsim kompozisiyası”,
professor Sürəyya Ağayevanın
Munis Şərifovla birlikdə “Çəğanə
və kamança. Tarix və müasir
dövrdə” məruzələri
dinlənildi, mövzular
ətrafında diskussiyalar
aparıldı.
Simpozium martın 15-də işini
davam etdirəcək.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 15 mart.- S. 4.