Ölkəmizin tərəqqisi bölgələrin inkişafından keçir

 

   “Hərtərəfli inkişaf hər bir yerdə getməlidir, biz bütün bu işləri kompleks şəkildə aparırıq”

  

   Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların inkişafını hər zaman diqqət mərkəzində saxlayır, yerlərdə görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. 2012-ci ildə də dövlət başçısının bölgələrə səfərləri yeni müəssisələrin, o cümlədən mədəniyyət ocaqlarının, turizm-istirahət məkanlarının açılışı, yeni obyektlərin təməlinin qoyulması ilə yadda qalıb.

  

   2012-ci il yanvarın 21-də Prezident Gəncə şəhərinə və Goranboy rayonuna səfəri zamanı bölgədə bir sıra mədəniyyət ocaqlarının inşası və yenidən qurulması işləri ilə tanış olub. Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməlqoyma mərasimində iştirak edən Prezident bu mədəniyyət ocağının əhəmiyyətini vurğulayıb: “Gəncə böyük incəsənət mərkəzinə çevrilməlidir. Burada beynəlxalq tədbirlər, festivallar keçiriləcəkdir. Bu, Gəncənin mədəni həyatı üçün çox böyük əhəmiyyət kəsb edir”.

   Qeyd edək ki, altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaq.

   Dövlət başçısı şəhərdəki Cavad xan küçəsində abadlıq-quruculuq, dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə də tanış olub, Nəriman Nərimanov parkının, Bayraq Meydanının, “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında, Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, “İmamzadə” kompleksində təmir-bərpa, “Qalakompleksinin tikinti işlərinin gedişi ilə maraqlanıb.

   Sonra Goranboya gedən Prezident məcburi köçkün ailəsi üçün salınmış məhəllənin, Nizami Gəncəvi adına parkın, Goranboy Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

 

   * * *

 

   Aprelin 12-də dövlət başçısının respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Qazaxda Gənclər və Şahmat mərkəzləri açılıb. Prezident Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olub, Ağstafa Gənclər Mərkəzinin və yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

   Bütün bu işlər ölkəmizin dinamik inkişafını göstərir. Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır. Uzunmüddətli dayanıqlı inkişaf istəyiriksə, mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Həm Ağstafada, həm Qazaxda, digər bölgələrdə bu sahədə görülən işlər təqdirəlayiqdir. Bölgələrdə proseslər müsbət istiqamətdə gedir. Vaxtilə qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra edilir. Azərbaycan bu gün, sözün əsl mənasında, öz inkişaf dövrünü yaşayır. Çalışmalıyıq ki, bu dinamik inkişaf templərini saxlayaq”, - deyə Prezident Ağstafada yerli sakinlərlə görüşündə bildirib.

   Səfər zamanı Prezident TovuzdaAyan Palacehotelinin açılışında iştirak edib, Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.

 

   * * *

 

   Mayın 30-da dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri də bir sıra mədəniyyət ocaqlarının açılışı ilə müşayiət olunub. İlham Əliyev Kəngərli rayonunda mədəniyyət və istirahət parkı ilə tanış olub, mədəniyyət evinin, eləcə də Culfada uşaq musiqi məktəbinin açılışında iştirak edib.

 

   * * *

 

   Prezident iyulun 31-də ölkənin cənub bölgəsinə səfər edib. Dövlət başçısı Lənkəranda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında, Gənclər Mərkəzinin, yeni hotel kompleksinin təməlqoyma mərasimində iştirak edib. Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi açılıb. Prezident rayonda istirahət parkında görülən yenidənqurma işləri, Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olub, Olimpiya Kompleksinin açılışını edib.

 

   * * *

 

   2012-ci il sentyabrın 12-də Prezidentin şimal-qərb bölgəsinə səfəri xüsusilə zəngin olub. Dövlət başçısı ZaqatalaQax rayonlarında zəlzələdən ziyan çəkmiş yaşayış məntəqələrində aparılan quruculuq işləri ilə tanış olub, bir sıra tikililərin açılışında iştirak edib. Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Prezident M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olub, dördulduzluShaki Palacehotelinin, rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

   Daha sonra Qəbələyə gedən Prezident rayon mərkəzində Mədəniyyət Evinin, şəhər məscidinin yeni binasının tamamlama işləri, Qəbələ Konqres Mərkəzində tikinti işləri ilə tanış olub. Dövlət başçısına Qəbələdə “Karvansarayhotel kompleksinin tikintisi, stendox atıcılığı kompleksində, “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində aparılan işlər barədə məlumat verilib.

   Qəbələdə həmçinin Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib, iki ölkə arasında sənədlər imzalanıb. Sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şəki rayonunda tarixi-mədəni irs nümunələri - Şəki Xan sarayı, Yuxarı Karvansaray mehmanxana kompleksi, XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidi, Kiş kəndində Alban məbədi ilə tanış olublar, şəhid türk əsgərlərinin abidə kompleksini ziyarət ediblər.

 

   * * *

 

   Oktyabrın 7-də Prezident İlham Əliyevin Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfəri olub. Dövlət başçısı Tərtərdə Gənclər Mərkəzinin, yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkı və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Bərdə şəhərində Qəhrəmanlar parkının açılışı olub. Prezident Bərdədə əsaslı surətdə yenidən qurulmuş mərkəzi istirahət parkı, Nüşabə parkında yaradılmış şəraitlə tanış olub.

   Yevlax şəhərində Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışı keçirilib. Dövlət başçısına Kür çayının sahilində salınan “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri barədə məlumat verilib.

   Daha sonra Prezident Zərdabda Heydər Əliyev Mərkəzinin və Gənclər Mərkəzinin açılışında iştirak edib.

 

   * * *

 

   Oktyabrın 28-də Prezidentin Saatlı, Beyləqan və İmişli rayonlarına səfəri də yeni mədəniyyət ocaqlarının açılışı ilə yadda qalıb. Dövlət başçısı Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında iştirak edib. Ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində bölgələrdə müasir səviyyədə qurulan muzeylərin mühüm rolu var. Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasında yerli rəssamların əsərləri, heykəltəraşlıq nümunələri sərgilənir. Qalereyada konfrans zalı, fond digər texniki otaqlar da var.

   * * *

   Dekabrın 15-də Prezident Füzuli rayonunun Horadiz şəhərinə səfər edib. 1993-cü ilin payızında erməni işğalına məruz qalmış az sonra ordumuz tərəfindən azad edilmiş bu yaşayış məntəqəsində geniş quruculuq işləri aparılır. Dövlət başçısı bir sıra yeni obyektlərin - Heydər Parkının, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, həmçinin Mədəniyyət Sarayının, Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

 

   * * *

 

   Bu gün regionlarda turizm sahəsində həyata keçirilən genişmiqyaslı layihələrdən ən böyüyü Qusar rayonundaŞahdağQış-Yay Turizm Kompleksinin tikintisidir. Dövlət başçısı bu layihə üzrə görülən işləri xüsusi diqqətdə saxlayır. 2012-ci ildə Prezident Qusar rayonuna iki dəfə səfər edib. Fevralın 16-da Prezident ərazidə görülən işlərlə tanış olub. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev kompleksin tikintisinin gedişi ilə bağlı dövlət başçısına ətraflı məlumat verərək bildirib ki, “Şahdağkompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi universallığı ilə fərqlənəcək. Kompleksin tikintisinə hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə bu kompleksin təməli qoyulub. Kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşir. Bu, Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin 2058 hektar ərazisi var. Kompleksin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir.

   Dekabrın 20-də isə Prezidentin iştirakı iləŞahdağQış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin - “Qusar-1” kiçik su elektrik stansiyası Qusar-Ləzə avtomobil yolunun açılışı olub. Dövlət başçısı xanımı Mehriban Əliyeva kompleksə daxil olanZirvəhotelinin açılışında iştirak ediblər. İkimərtəbəliZirvəhotelində 40 nömrə var. Turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Kompleksə daxil olanQayahotelinin açılışı keçirilib. Üçmərtəbəli hoteldə 26 nömrə var. Dövlət başçısıŞahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

 

   * * *

 

   Ölkəmizdə qış-yay turizmi üzrə daha bir böyük kompleks Qəbələ rayonunda inşa olunur. Prezident İlham Əliyev 2013-cü il fevralın 28-də rayona səfəri zamanı burada görülən işlərlə tanış olub. Dövlət başçısı həmçinin Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.

   Prezident bölgələrimizdə belə müasir mədəniyyət ocaqlarının inşasını, yeni turizm komplekslərinin qurulmasını inkişaf edən Azərbaycanın yeni siması kimi dəyərləndirib: “Belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir. Bu hərtərəfli inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye, infrastruktur obyektlərinin mədəniyyət ocaqlarının, tarixi, dini abidələrimizin bərpası tikilməsi - biz bütün bu işləri kompleks şəkildə aparırıq”.

 

 

   Mədəniyyət.- 2013.-  15 mart.- S. 3.