Sumqayıt
Musiqili Dram Teatrı
44 yaşını qeyd
edib
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaranmasının
44 illiyi ilə bağlı «Azərikimya»
İstehsalat Birliyi
(İB) rəhbərliyinin yaradıcı
kollektivlə görüşü
olub.
Qonaqları səmimiyyətlə salamlayan
teatrın direktoru, Əməkdar mədəniyyət
işçisi Mehman Şükürov hələ
44 il əvvəl -
1969-cu il martın 14-də
gənclik şəhərinin
ilk Dövlət Dram Teatrının
yaranması tarixindən
danışıb. Qeyd
olunub ki, İncəsənət İnstitutunu
yenicə bitirmiş məzunlardan ibarət truppanın ilk səhnə
əsərinin - «Müsyö
Jordan və dərviş
Məstəli şah»
tamaşasının ayağı
sayalı olub. Bu günədək teatrın
səhnəsində dünya
və Azərbaycan dramaturgiyasının klassik
və müasir əsərləri əsasında
200-dən artıq tamaşa
göstərilib.
«Azərikimya»
İB-nin Müşahidə
Şurasının sədri,
Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli
teatr ilə sıx əməkdaşlıq
əlaqələrindən məmnun
olduğunu bildirib və şəhər sakinlərinin bədii zövqünün, teatra həvəsinin formalaşmasında
kollektivin böyük
rolu olduğunu deyib. Zəngin repertuara malik Sumqayıt teatrının
hər yeni tamaşasına kimyaçıların
kollektiv şəkildə
baxışı artıq
bir ənənə halını alıb.
Görüşdə
«Azərikimya» İB-nin
kollektivi adından teatrın yaradıcı kollektivinə hədiyyələr
təqdim edilib. Axşam saatlarında isə teatr «Azərikimya» müəssisələrinin
əməkçiləri, şəhər
sənətsevərləri qarşısında Mirzə
Fətəlinin ölməz
komediyasını - «Müsyö
Jordan və dərviş
Məstəli şah»
tamaşasını nümayiş
etdirib.
Mədəniyyət.- 2013.-
20 mart.- S. 12.