Dövlət
Kukla Teatrının baş
rejissoru Rəhman Əlizadə vəfat edib
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadə martın 16-da dünyasını dəyişib.
Rəhman Balarza oğlu Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. 1968-ci ildən 1993-cü ilədək Mərdəkan Xalq Teatrında rejissor işləyib. 1993-2006-cı illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə teatrda hazırlanmış 30-dan çox tamaşaya quruluş verib. 2006-2009-cu illərdə Azərbaycan Gənclər Teatrında baş rejissor işləyib. 2009-cu ildə yenidən Azərbaycan Dövlət Kukla Teatrına baş rejissor təyin olunub. 2000-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Dramaturq kimi 20-dən artıq pyesi teatrlarda tamaşaya hazırlanıb. Azərbaycan Teatr Xadimləri İttifaqının və 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Allah
rəhmət eləsin.
Mədəniyyət.-
2013.- 20 mart.- S. 7.