Muğam böyük düşüncənin məhsuludur

 

   Beynəlxalq elmi simpoziuma yekun vuruldu

  

   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyiMuğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif ölkələrdən alim və sənət adamlarının iştirakı ilə beynəlxalq elmi simpozium keçirildi. Martın 15-də simpoziuma dəyirmi masa ilə yekun vuruldu.

  

   Yekun tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə elmi simpoziumun yüksək səviyyədə təşkil olunduğunu, üç gün ərzində maraqlı məruzələrin dinlənildiyini, müzakirələrin aparıldığını bildirdi. Sonra almaniyalı professor Yurgen Elsner muğam sənəti barədə fikirlərini bölüşdü, muğamı böyük düşüncənin məhsulu adlandırdı.

   Xalq artisti, məşhur tarzən Ramiz Quliyev milli musiqimizə, muğam sənətinə dövlət tərəfindən böyük qayğı göstərildiyini xüsusi vurğuladı, simpoziumda iştirakından məmnunluğunu ifadə etdi.

   Özbəkistanlı professor Ravşan Yunusov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi, simpoziumu muğamın fəlsəfəsini anlamaq üçün “əvəzolunmaz imkan” adlandırdı.

   Professor Sürəyya Ağayeva dəyirmi masada çıxışlara münasibət bildirərək qeyd etdi ki, biz muğamı nə qədər araşdırsaq da, bu sonsuz sənətin müəyyən bir hissəsini təqdim etmiş oluruq.

   Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə festival çərçivəsində keçirilən simpoziumun muğamşünaslığa böyük töhfə verəcəyini, muğamı həm texniki, həm də elmi cəhətdən araşdırmaq üçün akademiyanın tərkibində laboratoriya yaradılacağını bildirdi.

   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən Teymur Kərimli simpoziumun mədəniyyətlər arasında körpü olduğunu, tanınmış elm və incəsənət adamlarını öz nuruna topladığını qeyd etdi.

   Digər çıxış edənlər də beynəlxalq simpoziumun yerlixarici alimlər, həmçinin musiqiçilər üçün əhəmiyyətini qeyd etdilər, maraqlı təkliflər irəli sürdülər.

  

 

   Lalə

 

  Mədəniyyət.- 2013.- 20 mart.- S. 3.