Cənub-Şərqi
Avropadan Qafqazadək mədəni dəhlizlər
Birgə irs, ümumi vəzifələr,
davamlı gələcək
II Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun ilk plenar sessiyası
Mayın 30-da Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək” mövzusunda birinci plenar sessiya keçirildi. Tədbir Azərbaycanın beynəlxalq nüfuzunu, mədəniyyətini, turizm potensialını əks etdirən videoçarxın nümayişi ilə başladı.
Sessiyanın ilk məruzəçisi Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov Forumun təşkilatçılarına minnətdarlığını bildirərək, müzakirələrin əhəmiyyətli olacağına əminliyini bildirdi: “Mədəni dəhlizlərin formalaşması uzun tarixə malikdir. Biz bu məsələləri müzakirə etməklə mühüm təşəbbüsləri həyata keçirə bilərik. Bakı Forumu artıq xüsusi bir platformaya çevrilir. Ölkələr arasında dialoqun dövlət və hökumət rəhbərləri səviyyəsində təşəkkül tapması isə çox sevindiricidir”.
Georgi
Pırvanov bildirdi ki,
regionların mədəni sərvətləri bizi
ayırmır, əksinə, daha da yaxınlaşdırır: “Biz
hamımız anlayırıq ki,
davamlı inkişaf aktiv
əməkdaşlıq səviyyəsində mümkün
ola bilər. Mədəni dəhlizlər bir sıra oxşar təşəbbüsləri
özündə ehtiva edir.
Mədəniyyətlərarası, dinlərarası dialoqa təkan verir. Çox istərdim
ki, biz bu Forumdan sonra konkret addımlar ataq. Təhlükə altında olan
miraslarımızı, dəyərlərimizi
qoruya bilək. Mühüm olan məsələlərdən
biri də beynəlxalq mütəxəssis
şəbəkəsinin formalaşdırılmasıdır.
Müxtəlif mədəni təsisatlar
arasında daimi və müvəqqəti əməkdaşlıq təşəkkül
tapmalıdır. Çünki mədəniyyətlərarası dialoqun formalaşması ölkələr arasında
qarşılıqlı etimada
səbəb olur”.
Qonaq xüsusi olaraq
vurğuladı ki, Azərbaycan müxtəlif
millətlərin, fərqli
dinlərə sitayiş
edən insanların tarixən mehriban dostluq şəraitində
yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin
inkişafında vacib
amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr
tərəfindən öyrənilməlidir.
Bakı Forumu inkişafa və müxtəlifliyə
yardım edir.
Bakıda mədəniyyətlərarası dialoq üzrə Dünya Forumunun keçirilməsinin çox
gözəl təşəbbüs
olduğunu söyləyən
Xorvatiyanın sabiq prezidenti Stefan Mesiç qeyd etdi ki,
bu mötəbər tədbirdə humanitar məsələlərə daha
çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı
anlaşma kimi zəruri dəyərlərlə
bağlı təkliflər
səsləndirilir. Müasir dünyada
mədəniyyətlərin artan rolunu nəzərə
almamaq mümkün deyil. Humanizm qıtlığı yaşanan müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Forumun daha
geniş əməkdaşlıq
yollarının axtarılması
baxımından da önəmini xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın
hər zaman mehriban qonşuluq, digər dövlətlərin
daxili işlərinə
müdaxilə etməmək
siyasəti yürütdüyünü
söyləyən qonaq
bunu təqdirəlayiq
hal kimi dəyərləndirdi: “Biz deyə
bilmərik ki, mədəni dialoq sahəsində problemlər
yoxdur. Biz çalışmalıyıq
ki, bunlar aradan qalxsın. Hər kəs öz mədəniyyətini inkişaf
etdirməklə yanaşı,
digər xalqların da mədəni sərvətlərinə hörmətlə
yanaşmalıdır”. Sabiq prezident vurğuladı ki, dayanıqlı ekoloji turizm də mədəni əlaqələrin möhkəmlənməsində
mühüm amillərdəndir.
Əsrlərlə
davam edən etimadsızlığı davamlı
dialoq aradan qaldıra bilər
Təmsil etdiyi qurumun son illər həyata keçirdiyi layihələrdən
söz açan
UNESCO-nun baş direktoru
İrina Bokova gənclərin mədəni
irsin qorunması prosesinə cəlb olunmasını vacib amil kimi dəyərləndirdi:
“Biz “İrs gənc əllərdədir” təşəbbüsünü
formalaşdırdıq. Bu, bizim üçün olduqca vacibdir. Gəncləri təşviq edirik
ki, onlar bu irsin qorunmasında
fəal iştirak etsinlər. Çətinliklərə, maneələrə baxmayaraq biz ümidsiz olmamalıyıq. Mədəni proqramları həyata keçirməliyik. Qəddarlıqla dağıdılmış mədəni
abidələri görəndə
insan qəlbən ağrıyır. Bunu məhv
edənlər anlamalıdırlar
ki, bu təkcə
hansısa xalqın sərvəti yox, ümumbəşəri dəyərdir.
Mədəni irsi qorumaq hər birimizin borcudur. Biz fəaliyyətimizlə
birgə məsuliyyət
hissinin formalaşmasına
nail olmalıyıq. Əsrlərlə davam edən etimadsızlığı məhz
davamlı dialoq aradan qaldıra bilər”.
Avropa və Asiyanın
qovşağında yerləşən
ölkəmizdə əsrlər
boyu müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını
söyləyən Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
dövlətlər və
xalqlar arasında sülhün qorunmasında
mədəniyyətin, incəsənətin
böyük önəm
daşıdığını bildirdi. Qeyd etdi ki, Azərbaycan daima möhtəşəm beynəlxalq
tədbirlərin təşəbbüskarı
olmuş, nüfuzlu təsisatları beynəlxalq
layihələrə cəlb
edə bilmişdir.
Bakı Forumu müxtəlif ənənələrin,
dinlərin, mədəniyyətlərin
nümayəndələrini bir araya gətirib:
“Azərbaycan Avropa və Asiya arasında
təbii körpü rolunu oynayır. Kifayət qədər mədəni və intellektual potensialı ilə seçilir, təcrübəsini
paylaşır. Azərbaycan çoxmillətli
ölkədir, burada tolerantlıq mühiti hökm sürür”.
Nazir çıxışında Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzünün acı
nəticələrini də
diqqətə çatdırdı.
Qeyd olundu ki, işğal
olunmuş ərazilərdə
xalqımıza məxsus
mədəniyyət, tarixi,
dini abidələrin dağıdılması ümumilikdə
bəşəriyyətin mədəni
irsinə qarşı
qəddarlıqdır.
Nazir bildirdi ki, dialoq ikitərəfli prosesdir. Dialoq hər iki tərəfə töhfə
verməli, müxtəlif
maraqlar təmin olunmalıdır. Mədəni,
elmi, sosial, iqtisadi həyata öz töhfəsini verməli, qarşılıqlı
dəyərlər paylaşılmalıdır:
“Bizim hamımızın
ümumi məsuliyyəti
var ki, bu
dialoqu ərsəyə
gətirə bilək.
Qlobal əməkdaşlıq güclənməlidir
ki, davamlı və dayanıqlı inkişaf təmin olunsun. Gənclər isə bu prosesdə öz rollarını, perspektivlərini
görməlidirlər”.
NATO baş
katibinin ictimai diplomatiya üzrə köməkçisi Kolinda
Grabar-Kiaroviç təmsil
etdiyi qurumun müxtəlif ölkələrdə
həyata keçirdiyi
layihələrdən danışdı.
Mədəni dialoqun qurulmasında
NATO-nun da maraqlı olduğunu söyləyən
qonaq bildirdi ki, belə forumlar
çərçivəsində təşkil edilən görüşlər xalqlar
arasında mövcud olan dəyərlərin qorunmasına təkan verir: “Bu bir daha göstərir ki, biz təhlükəsizliyimizin
təmin olunması naminə birgə addımlar atmalı, birgə qərarlar verməliyik”.
Forum təşkilatçılarına
dərin minnətdarlığını
bildirən Monteneqronun
mədəniyyət naziri
Branislav Miçunoviç
qeyd etdi ki, bu tədbir
mədəniyyət sahəsində
əməkdaşlıq etmək
üçün unikal
bir platformadır: “Bu gün Bakı Şərqlə Qərb arasında mədəni müzakirələrin keçirildiyi
gözəl bir məkana çevrilib. Ən azı ona görə
ki, bu ölkə
müxtəlif xalqların
nümayəndələrinin birgə yaşamasını
təmin etməklə,
həm də digərlərinə bariz nümunədir. Düşünürəm
ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər”.
Digər məruzəçilər də mədəniyyətlərarası
dialoq prosesində mədəni dəhlizlərin
formalaşmasının əhəmiyyətindən
söz açdılar.
Ceyhun
Mədəniyyət.- 2013.- 31 may.-
S. 5.