Qloballaşmanın yeni erası
Forumun ikinci plenar sessiyasında dəyişən
dünyada mədəni
hibridləşmə müzakirə
edildi
II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci plenar sessiyası
da maraqlı mövzunu əhatə edirdi: “Qloballaşmanın
yeni erası: dəyişən dünyada
mədəniyyətdə hibridləşmə”.
Sessiyada çıxış edən
Dünya Dialoq Konsulluğunun baş direktoru, kilsə xadimi Alistair MAcdonald-Radcliff
qloballaşan dünyada
kimliyindən, mənsubiyyətindən
asılı olmayaraq insanların bir-birilərinə
hörmət ruhunda yaşamalarının vacibliyini
vurğuladı: “Bu gün
cəmiyyətimizdə ikili
vətəndaşlığa malik insanlar, müxtəlif ənənələrə
söykənərək yaşayan,
müxtəlif dinlərə,
mədəniyyətlərə malik xalqlar var. Onlar bir-birləri ilə qarşılıqlı
anlaşma şəraitində
yaşamalıdırlar. Bu
forum müxtəlif dinlərin
nümayəndələrini bir araya gətirir,
düşündürür, problemlərin həlli yollarını axtarır.
Əlbəttə ki, bu təşəbbüslər müsbət
qiymətləndirilir”.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy çıxışına
belə bir sualla başladı: “Burada mənə sual verildi ki,
belə konfranslar həqiqətən də hansısa problemi çözə bilərmi?
Dostoyevski vaxtilə deyirdi
ki, bütün problemlər küçədə
həll olunur. Burada intellektual təbəqə
toplanıb. Belə görünür
ki, bizdən asılı olan bir sıra məqamlar
var. Amma əslində
bütün problemləri
insanlar özləri həll edirlər. Kütlə həll edir. Anlaşılması üçün də mən kütləyə hörmətlə
yanaşıram. Mədəniyyət təsisat olaraq elə bir məfhumdur
ki, kütləni xalqa çevirir. Əslində biz diqqət yetirsək
görərik ki, xalqlar arasında ciddi münaqişələr
yoxdur, kütlələr
arasında problemlər
var. Bu gün biz kütlə
əvəzinə istehlakçılarla
məşğul oluruq.
Xalqlar mədəni dəyərləri
ön plana çəkməlidirlər, tolerantlığa,
mədəni müxtəlifliyə
hörmət etməlidirlər.
Dünyanı olduğu kimi
görməli və sevməlidirlər”.
Sussex Universitetinin
siyasi elmlər üzrə professoru Şamit Saggar da qloballaşmanın yeni erasında insanlar arasında dialoqun genişlənməsinə
xidmət edən forumun əhəmiyyətinə
diqqət çəkdi,
tolerantlığı, birgə
məsuliyyətlə anlaşmanın
zəruriliyini vurğuladı.
Digər məruzələrdə də
sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası
anlaşma, mədəni
müxtəliflik, mədəniyyətdə
hibridləşmə, dini
tolerantlıq və digər məsələlər
geniş müzakirə
olundu.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 31 may.-
S. 9.