“Həyatın rəngləri”
Mayın 27-də Muzey Mərkəzinin
qalereyasında tanınmış
alman rəssamı İnqa Şmidtin “Həyatın rəngləri”
(“Colours of life”) adlı
fərdi yaradıcılıq
sərgisinin açılışı
keçirilib.
Mərasimdə Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, rəssamlar
iştirak edib.
Açılışda
çıxış edən
nazir Əbülfəs
Qarayev sərginin 29
may - 1 iyun 2013-cü il tarixində Bakıda keçirilən
II Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində gerçəkləşən ilk mədəniyyət layihələrindən
biri olduğunu vurğulayıb. İnqa Şmidtin yaradıcılığından
və sərginin əhəmiyyətindən söz
açan Əbülfəs
Qarayev bildirib ki, almaniyalı rəssam dünyanın müxtəlif ölkələrindən
olan fərqli düşüncə tərzinə
malik insanların bədii obrazları vasitəsilə mədəniyyətlərarası
dialoqa öz töhfəsini verir.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru,
Xalq rəssamı, akademik Ömər Eldarov, Rəssamlar İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək
İnqa Şmidtin təsviri sənət dünyasının bədii
xüsusiyyətlərindən danışıblar. Çıxış
edənlər “Həyatın
rəngləri” sərgisində
yer alan
əsərləri yüksək
qiymətləndirərək rəssama yeni yaradıcılıq uğurları
arzulayıblar.
İnqa Şmidt onun
yaradıcılığına göstərilən diqqətə
və sərginin təşkilinə verilən
dəstəyə görə
təşəkkürünü bildirib. Rəssam qeyd edib ki,
sərgidə nümayiş
olunan əl işləri böyük ekspozisiyanın bir hissəsidir: “Bu əsərlərin
əksəriyyəti mənim
səfərlərim zamanı
qarşılaşdığım insanların portretləridir”.
Sonra sərgiyə baxış
keçirilib. Ekspozisiyada alman
rəssamın 27 əsəri,
o cümlədən Azərbaycana
həsr olunmuş işləri yer alıb.
Qeyd edək
ki, Berlin Rəssamlıq
Akademiyasının professoru İnqa Şmidt Leypsiq Universitetinin germanistika və italyan
renessansı sənəti fakültəsini bitirib.
Sonra Halle şəhərində İncəsənət
Kollecində rəngkarlıq və qrafika
ixtisası üzrə təhsil alıb. 1984-cü ildə
Şərqi Almaniyadan Qərbi Berlinə köçüb. İndiyədək əsərləri
Meksika, İtaliya, Fransa, ABŞ, Polşa və
s. ölkələrdə sərgilənib.
Ötən il Azərbaycan Rəssamlıq
Akademiyasında ustad dərsləri
keçən rəssama bu təhsil
ocağının professoru elmi adı verilib.
Mədəniyyət.- 2013.- 31 may.-
S. 10.