“Dünyanın musiqi
filmləri turu”
II Dünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
keçirilən mədəni
tədbirlər sırasında
“Dünyanın musiqi filmləri turu” proqramı da yer alıb.
Mayın 28-də Dənizkənarı Milli Parkda açıq
səma altında qurulmuş böyük ekranda filmlərin nümayişi başlanıb.
İlk günün proqramına
“Bu kimin mahnısıdır?”
(Bolqarıstan), “Musiqini susdurmaq” (Böyük Britaniya, Əfqanıstan) və “Kolombiana” (ABŞ) filmləri
daxil edilib.
“Dünyanın
musiqi filmləri turu” iyunun 1-dək davam edəcək. Şəhər sakinləri
proqrama daxil edilmiş digər ölkələrin film nümunələrinə
tamaşa edərək
Argentina tanqosu, Balkan yarımadasındakı
dövlətlərdə yayılmış
türk musiqisi, ənənəvi ərəb
musiqisi, Alim Qasımovun ifasında Azərbaycan muğamı və bir çox
başqa xalqların folklor musiqisi nümunələri ilə
tanış olmaq imkanı qazanacaqlar.
Proqrama daxil olan dünya
xalqlarının etnik
və ənənəvi
musiqisinə həsr olunan filmlər Azərbaycan, Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan, Böyük
Britaniya, ABŞ, Mərakeş,
Meksika və başqa ölkələrdə
çəkilib. Film nümayişlərinə bu
ölkələrin kino
və musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər
daxil edilib.
Nigar
Mədəniyyət.- 2013.- 31 may.-
S. 12.