“Mən
teatr haqqında danışmaq istəyirəm”
Bədii
qiraətçilərin baxış-müsabiqəsinin ikinci mərhələsi
başa çatıb
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında bədii qiraətçilərin
“Mən teatr haqqında danışmaq istəyirəm”
baxış-müsabiqəsinin ikinci mərhələsinə
həsr olunmuş tədbir keçirilib. Teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov bildirib ki, ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi, Azərbaycan milli dünyəvi peşəkar
teatrının 140 və Gənc Tamaşaçılar
Teatrının 85 illik yubileyləri çərçivəsində
həyata keçirilən layihə ilkin olaraq Səbail
rayonunun orta ümumtəhsil məktəbləri ilə birgə
reallaşdırılıb. Rayonun 17 orta ümumtəhsil məktəbindən
58 şagird ikinci mərhələdə iştirak etmək
hüququ qazanıb.
Layihənin məqsədi uşaq və
gənclərə qədim və zəngin tarixə malik Azərbaycan
teatrı, dövlətimizin teatra və sənət
adamlarına diqqət və qayğısı, həmçinin
görkəmli sənətkarlar haqqında məlumatlar verməkdir.
Baxış-müsabiqənin
münsiflər heyəti təqdim olunduqdan sonra ikinci mərhələyə
keçmək hüququ qazanmış 58 şagirdin
çıxışları dinlənilib. İkinci mərhələyə
keçmiş şagirdlərə diplomlar təqdim edilib.
Layihənin yekun mərhələsinə
həsr olunmuş tədbir mayın 10-da Gənc
Tamaşaçılar Teatrının böyük səhnəsində
keçiriləcək.
Mədəniyyət.-
2013.- 1 may.- S. 2.