Şəkidə
kitab bayramı
Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə
tədbirlər çərçivəsində aprelin 30-da
Şəki şəhərində “Müstəqil Azərbaycan
dövlətinin memarı” mövzusunda kitab bayramı
keçirilib.
Tədbirdə
çıxış edənlər dahi rəhbərin
xalqımız qarşısındakı tarixi xidmətlərindən
danışıb, bilik mənbəyi olan kitabın daha
geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini
xüsusi vurğulayıblar. Bildirilib ki, ulu öndərin
bütün həyatı kitabla bağlı olub. Ümummilli
lider kitabxanaların xalq, millət, cəmiyyət
üçün müqəddəs yer, mənəviyyat, bilik,
zəka mənbəyi olduğunu
çıxışlarında hər zaman
vurğulayırdı.
Bayram tədbirində şəhərdəki
3 nömrəli uşaq musiqi məktəbinin kollektivi
maraqlı konsert proqramı ilə çıxış edib.
Sonra tədbir iştirakçıları parkda Şəki
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən
təşkil olunmuş sərgi ilə yaxından tanış
olublar.
Mədəniyyət.-
2013.- 1 may.- S. 2.