San-Remo
müsabiqəsindən “Qran-pri”
mükafatı ilə
Azərbaycanın gənc vokalçısı,
Prezident təqaüdçüsü
Yasin Həsənov İtaliyada keçirilmiş
San-Remo müsabiqəsində uğurla çıxış
edib. İfaçı bu barədə
aprelin 30-da keçirdiyi
mətbuat konfransında
məlumat verib.
İtaliya, Fransa, Rusiya, Malta, Ukrayna və başqa ölkələrdən 300 uşağın
iştirak etdiyi bu festivalda Azərbaycanı
ilk dəfə olaraq Tofiq Quliyev adına
11 illik musiqi məktəbinin şagirdi,
13 yaşlı Yasin Həsənov təmsil edib. Müsabiqədə “Qranada” adlı
ispan mahnısını
ifa edən müğənni “Qran-pri”
mükafatına layiq görülüb.
Müğənninin anası Rəna
Həsənova və vokal müəllimi Solmaz Yolçuqızı
gənc vokalçının
festivalda iştirakına
göstərdiyi dəstəyə
görə Gənclər
və İdman Nazirliyinə təşəkkürlərini
bildiriblər.
Əfsanəvi musiqiçi Müslüm
Maqomayevin davamçısı
olmağı qarşısına
məqsəd qoyan Yasin Həsənov beynəlxalq müsabiqələrdə
ölkəmizi bundan sonra da şərəflə
təmsil edəcəyini
bildirib.
Mədəniyyət.-
2013.- 1 may.- S. 3.