Xan Şuşinskinin virtual
muzeyi açıldı
Aprelin 29-da Beynəlxalq Muğam Mərkəzində
unudulmaz muğam ifaçısı, Xalq artisti Xan Şuşinskinin
virtual muzeyinin və
memorial saytının təqdimatı
keçirildi.
Tədbirin aparıcısı və saytın redaktoru, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, musiqişünas
Səadət Təhmirazqızı
layihəni musiqi tariximizə hədiyyə,
Xan Şuşinski irsinə dərin hörmətin göstəricisi
kimi səciyyələndirdi.
Tədbirdə çıxış
edən “Musiqi dünyası” jurnalının
baş redaktoru,
professor Tariyel Məmmədov,
Milli Konservatoriyanın
rektoru, Xalq artisti Siyavuş Kərimi, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Aydın Mirzəzadə və başqaları görkəmli
muğam ustasının
bənzərsiz sənət
yolundan, Azərbaycan musiqisinə verdiyi töhfələrdən və
onun virtual muzeyinin yaranma səbəblərindən
danışdılar. Qeyd
olundu ki, üç dildə təqdim edilən sayt Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
maliyyə dəstəyi,
Mədəniyyət və
Turizm Nazirliyi, Xan Şuşinski Fondu və “Musiqi dünyası” jurnalının təşkilatçılığı
ilə ərsəyə
gəlib. On bölmədən
ibarət olan saytda korifey sənətkarın həyatı,
yaradıcılığı, fotoşəkilləri, lent yazıları,
unudulmaz xanəndə
haqqında yazılan məqalələr, mahnıları,
keçirdiyi görüşlər,
müasirlərinin və
həmkarlarının onun
sənəti və şəxsiyyəti haqqında
fikirləri, şəxsi
əşyaları, məktubları
və s. yer alıb.
Sayt vasitəsilə dünyanın
istənilən yerində
yaşayan muğamsevərlər
görkəmli sənətkar
haqqında dolğun məlumat əldə edə biləcəklər.
Bundan əlavə, Xan Şuşinskinin sənət
yolunu araşdırmaq
istəyən gənc
tədqiqatçılar üçün
də virtual muzey mühüm mənbə rolunu oynayacaq.
Sonra “Azərbaycantelefilm” yaradıcılıq birliyində
Səadət Təhmirazqızının
ssenarisi əsasında
rejissor Kəmalə Musazadənin çəkdiyi
“Xan Şuşinski” filmi nümayiş olundu.
Tədbir musiqi proqramı
ilə davam etdirildi. Xalq artisti Nəzakət Teymurova, xanəndə Sevinc Sarıyeva və başqaları Xan Şuşinskinin ifa etdiyi mahnıları
səsləndirdilər. Sonda
ustad sənətkarın
qızı Bəyimxanım
Cavanşirova-Verdiyeva çıxış
edərək tədbirin
təşkilatçılarına minnətdarlığını bildirdi.
Lalə
Azəri
Mədəniyyət.-
2013.- 1 may.- S. 5.