Şeir müsabiqəsinə yekun
vurulub
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxt kitabxanalarının xidmətindən istifadə edən məktəbli oxucular arasında keçirilmiş şeir müsabiqəsinə yekun vurulub.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqənin aprelin 28-də Badamdar qəsəbə Mədəniyyət evində gerçəkləşən yekun turunda Bakının 12 rayonu üzrə aparılmış seçimdə fərqlənən məktəblilər iştirak ediblər.
Xətai rayonu humanitar fənlər liseyinin 7-ci sinif şagirdi İlahə Yusifli və Sabunçu rayonu 307 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi Jalə Rzayeva müsabiqənin qalibi seçiliblər.
Qaliblər və
müsabiqədə iştirak edən bütün şagirdlər mayın 4-də Filarmoniya bağında keçiriləcək
“Kitab bayramı”nda Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin
fəxri fərman və diplomları ilə
mükafatlandırılacaqlar.
Mədəniyyət.-
2013.- 1 may.- S. 5.