Antalya və Bakı Skal klubları rəhbərləri Almatıda görüşüblər

 

Aprelin 24-dən 26-dək Qazaxıstanın Almatı şəhərində keçirilən KİTF-2013 beynəlxalq turizm sərgisi çərçivəsində Skal Bakı Turizm Professionalları Assosiasiyasının prezidenti Ruslan Quliyev Skal Antalya klubunun başqanı Umman Çetinbaşla görüşüb. Ruslan Quliyevin sözlərinə görə, görüş zamanı əsasən Azərbaycanda və Azərbaycan üzərindən MDB məkanında yeni Skal klubların yaradılmasına diqqət çəkilib.

Həmsöhbətim qeyd etdi ki, Antalya və Bakı Skal klubu 2010-cu ildə əməkdaşlıqla bağlı müqavilə imzalayıb: Skal-İnternational təşkilatında belə bir təcrübə var. Müxtəlif şəhərlərin Skal klubları bir-birinin təcrübəsindən yararlanmaq məqsədilə saziş imzalayırlar. Bu, onlara öz işlərini lazımi səviyyədə qurmağa, turizm sahəsində baş verən yenilikləri tətbiq etməyə imkan verir.

 

 

Fəxriyyə

 

Mədəniyyət.- 2013.- 1 may.- S. 7.