“Azərbaycan əcnəbilərin gözü ilə”

 

   Heydər Əliyev Mərkəzinin ulu öndərin 90 illik yubileyi ilə bağlı əcnəbi fotoqraflar arasında elan etdiyi müsabiqə aprelin 30-da başa çatıb. Fotomüsabiqəyə Türkiyə, Rusiya, Polşa, Macarıstan, İsrail, Kanada, Kolumbiya, Latviya, Böyük Britaniya və digər ölkələrdən həvəskar və peşəkar fotoqraflar qatılıblar.

   Heydər Əliyev Mərkəzinin ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəblərinin müəllimləri arasında “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” mövzusunda elan etdiyi müsabiqəyə yazı qəbulu da aprelin 25-də başa çatıb. Mərkəz tərəfindən həmçinin jurnalistlər və gənclər üçün yazı, əsgərlər arasında isə “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” adlı əsgər məktubu müsabiqələri keçirilib. Müsabiqələrin nəticələri yaxın günlərdə elan olunacaq.

 

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 8.