Serbiyada ulu öndərə
həsr olunmuş konsert
və fotosərgi
Azərbaycanın Serbiyadakı səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub.
Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə, ölkəmizin Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov çıxış edərək, dahi siyasi xadimin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən bəhs ediblər.
Bir neçə dəfə Azərbaycana səfər edən və ulu öndərlə, eləcə də onun ailə üzvləri ilə şəxsən tanış olan məşhur serb müğənnisi və mədəniyyət xadimi xanım Radmila Karaklaiç səhnəyə çıxaraq xatirələrini bölüşüb. Bakıdakı konsert proqramlarının birindən sonra ümummilli liderin ailəsi tərəfindən nahara dəvət edildiyini, bir müddət sonra isə onların dəvəti ilə Moskva şəhərində ulu öndərin özü ilə də tanış olduğunu məmnunluqla xatırlayan müğənni Əliyevlər ailəsinin onun qəlbində səmimi, mədəniyyət və incəsənətə dəyər verməyi bacaran ailə kimi dərin iz qoyduğunu vurğulayıb.
Konsertdə
Belqrad şəhərinin “Lola
klasik” orkestri və Novi Sad şəhərinin
İncəsənət Akademiyasının “Üzeyir
Hacıbəyli təqaüdü”nə layiq
görülən tələbələri tanınmış
Azərbaycan, serb və dünya
bəstəkarlarının əsərlərini ifa ediblər.
Mədəniyyət.-
2013.- 1 may.- S. 8.