Tərtərdə ulu öndərə həsr olunmuş tədbir

 

   Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsində ulu öndərin anadan olmasının 90 illiyi münasibətilə “Böyük şəxsiyyət, əbədi lider” adlı dəyirmi masa təşkil edilib.

   Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edib. MKS-nin direktoru Ulduzə Qurbanova, mədəniyyət işçilərindən Sevda İsgəndərova, Emin Haqverdiyev və başqaları dahi siyasətçinin Azərbaycan dövlətçiliyi naminə gördüyü işlərdən danışıblar. İştirakçılar “Xalqa bağlanan ömür” adlı kitab sərgisi ilə tanış olublar.

 

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 11.