Uşaqların sevimlisi

 

   Quba rayon MKS-nin Mərkəzi kitabxanasında ümummilli liderin anadan olmasının 90 illiyi münasibətilə “Uşaqların sevimlisi Heydər babamövzusunda ədəbi-bədii kompozisiya təşkil edilib. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq böyük öndərin ölkəmizin gələcəyi naminə gördüyü işlərdən, uşaqlara qayğısından danışıb. Kitabxananın fəal oxucusu Könül Allahverdiyeva çıxışında dahi rəhbərin gənclərə münasibətindən, diqqət və qayğısından bəhs edib.

   Tədbirdə Quba şəhər 1, 2, 4 və 6 saylı məktəblərin şagirdləri Heydər Əliyevə həsr edilmiş kompozisiya və şeirlərlə çıxış ediblər.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 11.