“Doğma Şəkim” fotosərgisi
Şəkidə ümummilli lider
Heydər Əliyevin
90 illik yubileyi münasibətilə silsilə
tədbirlər davam edir.
Aprelin 29-da Şəki Dövlət
Rəsm Qalereyasında
gənc fotoqraf Elvin Qasımzadənin “Doğma
Şəkim” adlı fotosərgisi açılıb.
Tədbirdə çıxış edənlər ulu öndərin Azərbaycan
mədəniyyəti və
incəsənətinin inkişafına
verdiyi əvəzolunmaz
töhfələrdən, milli-mənəvi
dəyərlərimizin qorunması
və inkişafına
göstərdiyi diqqət
və qayğıdan bəhs ediblər.
Gənc fotoqraf Elvin Qasımzadənin
indiyədək bir neçə fərdi yaradıcılıq sərgisi
keçirilib. O, 2010-cu ildə “Mənim doğma Vətənim” adlı fotomüsabiqənin,
2012-ci ildə “Yaşıl
festival” çərçivəsində keçirilən “Planetdə
sənin qoyduğun iz” adlı respublika
müsabiqəsinin qalibi
olub. Onun foto işlərində doğma Vətənə,
doğulub boya-başa
çatdığı Şəki
şəhərinə bağlılıq
və məhəbbət
aydın hiss olunur. Bir ay davam edəcək sərgidə gənc fotoqrafın 125 fotoşəkli
nümayiş etdirilir.
Mədəniyyət.-
2013.- 1 may.- S. 11.