Kino ustalarımız Borçalıda yerli əhali ilə görüşüb
Xəbər verdiyimiz kimi, Gürcüstanda Azərbaycan kinosu günləri keçirilib. Tədbirin son günü - aprelin 26-da nümayəndə heyətimiz soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi olan Rustavi şəhərində, Marneuli və Qardabani rayon mərkəzlərində yerli əhali ilə görüşüblər. Marneulidə Yavər Rzayevin “İlahi məxluq”, Qardabanidə isə Şamil Nəcəfzadənin “Qala” filmi nümayiş etdirilib.
Azərbaycanın
Xalq artisti Nurəddin
Mehdixanlı görüşdən böyük
məmnunluq duyduğunu qeyd
edib. Qardabani Rayon İcra Hakimiyyətinin
yeni başçısı Gela Xutsişvili isə Gürcüstanda Azərbaycan filmlərinə böyük marağın olduğunu
vurğulayıb, belə bir görüşün baş
tutmasını xalqlararası dostluğun
nümunəsi adlandırıb.
Mədəniyyət.-
2013.- 1 may.- S. 11.