Musiqi körpüsü - dünəndən bu günə

 

   L. və M.Rostropoviçlərin ev-muzeyi yarandığı gündən Polşa musiqisi haqqında bir çox elmi araşdırmalar aparıb. Belə araşdırmalardan biriF.Şopenin avtoqrafı” əsəri ilə bağlıdır. Pyesin üz qabığında Leopold Rostropoviçin imzasının olması sübut edir ki, əsər həqiqətən onun kitabxanasındandır. Bu pyes qraf Dmitriqrafinya Anna Şeremetyevə məxsus albomdan götürülmüşdür.

   Elmi araşdırmaların nəticəsində məlum olmuşdur ki, əsər 1843-cü ildə F.Şopen tərəfindən Parisdə yazılmışdır. O zaman Şeremetyevlər cütlüyüFransada idilər. Qrafinya A.S.Şeremetyevin albomundan olanF.Şopenin avtoqrafı” (“Lautographe de Chopin”) adını almış miniatür, müəllif tərəfindən fortepiano üçün yazılmışdır. Lakin verilmiş nümunə L.Rostropoviçin müəllimi olan Polşa bəstəkarı A.M.Miklaşevski tərəfindən violonçelfortepiano üçün yazılmış transkripsiyadan ibarətdir.

   Polşa musiqisinin digər dahi siması bəstəkar və dirijor Vitold Lütoslavskidir. O, 1913-cü ildə kəndli ailəsində anadan olub, hələ uşaq ikən fortepianoskripka dərsləri alıb. İlk əsərini (fortepiano üçün prelüdiya) 9 yaşında yazır. 1937-ci ildə Varşava Konservatoriyasının məzunu olub, dahi RusiyaPolşa bəstəkarı, professor V.O.Valişevskidən dərs alıb. Bəstəkar dörd simfoniya, bir orkestr üçün konsert, kamera musiqisivokal əsərlərinin müəllifidir. Mstislav RostropoviçiVitolad Lütoslavskini də yaradıcılıq əlaqələri birləşdirirdi. M.Rostropoviç Moskvada bəstəkarın violençel üçün əsərini ilk dəfə ifa etmişdir.

   Bu il maestronun anadan olmasının 100-cü il dönümüdür. Bununla əlaqədar 2013-cü ilVitold Lütoslavski ilielan olunub. Bu münasibətlə Polşanın Bakıdakı səfirliyi L. M.Rostropoviçlərin ev-muzeyi aprelin 24-də muzeydə təqdimat konsert təşkil edib.

   Tanınmış musiqişünas mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə musiqişünas Y.StankeviçinLütoslavski Qafqazdaadlı beynəlxalq layihəsinin təqdimatı keçirilib. Konsertdə məşhur violonçelçi E.ƏliyevF.Şopenin avtoqrafıəsərini ifa edib, musiqiçilər Y.Kalinovski M.Şlezerin ifasında isə V.Lütoslavski, K.Penderetski, A.Şnitke A.Piazzolla kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

   İştirakçılar muzeyin təşkil etdiyiM.Rostropoviç Polşa musiqisiadlı sərgi ilə tanış olublar. Sərgidə M.Rostropoviçin K.Penderetski mükafatı, musiqiçinin Şopen adına Varşava Konservatoriyasının doktoru diplomu, F.Şopen K.Penderetskinin ifası olan vallar, kitablar, notlar, konsert proqramları s. nümayiş olunub.

 

 

    Mədəniyyət.- 2013.- 1 may.- S. 12.