Gənc bəstəkarların
konserti
Aprelin 25-də
Bakı Musiqi Akademiyasının bəstəkarlıq
fakültəsində təhsil
alan tələbələrin
konserti keçirildi. Bəstəkarlığın sirlərini öyrənən
15-dək gənc öz
əsərlərini müəllim
və tələbə
heyəti üçün
səsləndirdi.
Görkəmli bəstəkar Arif
Məlikovun II kurs tələbələri Eldar
Babayevin sonatası və Ramin Quliyevin
triosu olduqca maraqlı idi. Xüsusilə Eldar Babayev fortepianodakı ifası ilə həm bacarıqlı pianoçu,
həm də gənc bəstəkar olduğunu göstərdi.
Rəbiyyə Mədətovanın Hüseyn Cavidin sözlərinə caz üslubunda nota köçürdüyü
“Ay qız” romansı,
Elvin Quliyevin milli ladlarımız əsasında
yazdığı sonatası
da maraqla qarşılandı. 4-cü
kurs tələbəsi
Rəcəb Zeynalov isə Nüsrət Kəsəmənlinin sözlərinə
yazdığı iki romansla artıq gənc bəstəkar kimi yetişdiyini sübut etdi.
Ümumiyyətlə isə, bütün
tələbələrin əsərləri
maraqla qarşılandı.
Təbii ki, Arif Məlikov, Aydın Əzimov, Nazim Mirişli, Ceyhun Allahverdiyev, Arzu Məmmədova kimi istedadlı müəllimlərin yetirmələrindən
ancaq bu cür bəstələr gözləmək olardı.
Humay Fərəcova,
Bakı Musiqi Akademiyasının
tələbəsi, musiqişünas
Mədəniyyət.-
2013.- 1 may.- S. 12.