Dalanda” “Duman çəkilir

 

   Sabir Azərinin povest romanlarında kəskin münaqişə doğuran konfliktlər, dolğun xarakterlər bir-birini qarabaqara izləyir

  

   Azərbaycan nəsrində özünəməxsus yeri olan, maraqlı povest romanları ilə oxucularda dərin maraq doğuran Sabir Azəri 1938-ci il martın 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub.

  

   1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonraAzərbaycan gəncləriqəzeti redaksiyasında, Dövlət Televiziyası Radiosunda redaktor, “Ədəbiyyat incəsənətqəzeti, “Ulduzjurnalında müxtəlif vəzifələrdə çalışıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayan yazıçı ədəbiyyatımızdaaltmışıncılarnəslinə aiddir. Onun povest romanlarında kəskin münaqişə doğuran konfliktlər, dolğun xarakterlər bir-birini qarabaqara izləyir. Əvvəldən axıradək oxucunu möhkəm tellərlə sehrləyib özünə bağlayır. Tədrici inkişaf xətti ilə şərtlənən süjet xətti oxucuda dərin maraq doğurur. Povest romanlarda təsvir olunan məkan kənd həyatıdır. Bu da ondan irəli gəlib ki, Sabir Azəri bir nasir kimi kənd həyatını çox yaxşı bilib. 70-ci illərində geniş oxucu kütləsinin dərin marağına səbəb olan əsərlərindən biriDuman çəkilirpovesti olub. Əsər 1920-ci illərin mürəkkəb hadisələrindən bəhs edir. Ucqar bir kənddə sovet hakimiyyəti qurulur. Bəylərin torpaqları əllərindən alınır onlar sinfi düşmən elan edilirlər. Kənd camaatının sayılıb-seçilən şəxsləri çıxış yolunu vətəni tərk etməkdə görürlər, İrana, Türkiyəyə gedirlər. Əsərin qəhrəmanı Cəlil bəy bir müddət kənddə qalır. Mal-mülkü əlindən alınsa da, səbrini basıb, baş alıb gedən haqsızlığa səbir etsə , sonda vaxtilə onun nökəri olanların azğınlığına dözə bilmir...

   Duman çəkilirpovesti Azərbaycan nəsrində düşmən kimi təsvir edilən bəylərin sinfi mənsubiyyətinə görə yox, insan kimi canlandırılmasının dəyərli nümunələrindən biridir. İsmayıl ŞıxlınınDəli Kür”ü, Fərman KərimzadəninQarlı aşırım”ı kimi, Sabir AzərininDuman çəkilirpovesti eyni mahiyyətə mərama söykənib.

   Yazıçının diqqətçəkən ikinci əsəriDalandaromanıdır. Əsərdəki hadisələr əsasən Bakıda - İçərişəhərdəki köhnə dalanların birində baş verir. Hadisələrin cərəyan etdiyi məkanı şərti hesab etsək , dalanda baş verənlər gündəlik həyatda gördüklərimizin əks-sədasıdır. Əsərin qəhrəmanı Qafar kənddən şəhərə işləməyə gələn bir gəncdir. O, evində kirayə qaldığı Fəridə adlı bir dul qadına vurulur onunla ailə qurur. Fəridə çox çılğın, ərini aldadan israfçı bir qadındır. Qafar isə arvadının ərköyünlüklərinə dözən səbirli bir gəncdir. Elə hesab edir ki, gec-tez Fəridə hər şeyi başa düşəcək peşmanlıq çəkəcək.

   Evdə, ailədə özünü təmkinli aparan, arvadının mənəvi zülmünə tab gətirən Qafar yerində - tikinti sahəsində tamam başqa adamdır; o, hər cür əliəyriliyə bürokratizmə qarşı kəskin mövqe nümayiş etdirən gəncdir...

   Romanda oxuyuruq ki, Qafar qəzaya uğrayır xəstəxanaya düşür. Baş verən qəza hadisəsi Qafarın gözlərini açır, onda arvadı Fəridəyə qarşı münasibətlərində tam aydınlıq yaranır. Əslində, qəza Qafarın daxili aləmində baş verir. O, qəti qərara gəlir ki, bu tragik vəziyyətə son qoysun. Sağalandan sonra bir daha evə dönmür. Kəndə, ata-baba yurduna üz tutur. Müəllif öz qəhrəmanını hərtərəfli, bütöv bir obraz kimi verməyə çalışıb.

   Qeyd edək ki, “Dalandaromanı vaxtilə Moskvada rus dilində yüksək tirajla - 3 milyon 500 min nüsxə ilə çap olunub geniş yayılıb. “Molodaya qvardiyaSovetski pisatelnəşriyyatları yazıçının povest hekayələrini bir neçə dəfə kütləvi tirajla nəşr edib. ƏdibinDuman çəkilirpovesti əsasında tamaşa hazırlanıb. Sonra onun əsasındaKöhnə bərəfilmi çəkilib. Əlbəttə, bütün bunlar Sabir Azəri yaradıcılığına böyük marağın hörmətin ifadəsidir. 1990-cı illərdə yazıçınınQorxupovesti, “Sonsuzluqromanı işıq üzü görüb. Əsərləri keçmiş SSRİ xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilib.

   Öz dərin məna məzmun çalarlı əsərləri ilə tanınan oxucularının qəlbində əbədiyaşarlıq qazanan Sabir Azəri 2010-cu ildə vəfat edib.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 1 may.- S. 15.